Accessibility links

Birləşmiş Ştatların dövlət katibi Con Kerri İraqa elan edilməmiş səfər edib. Səfərin məqsədi ölkənin şimal və qərb bölgələrinin nəzarətini ələ alan sünni yaraqlılara qarşı mübarizədə problemlərlə üzləşən İraq hökuməti ilə müzakirələr aparmaqdır.

Bağdada bu gün çatan cənab Kerri ölkənin baş naziri Nuri əl-Maliki, eləcə də sünnilərin və kürdlərin liderləri ilə görüşüb. Cənab Kerri İraq İslam Dövləti və İŞİD-ın törətdiyi təhlükələri müzakirə edib. O İraqın şiə liderlərini ölkənin şimal və qərbində böyük ərazini ələ keçirən sünni yaraqlılara qarşı daha vahid hökumət yaratmağa çağırıb.

Dövlət katibi Con Kerri sünni, kürd və digər təriqətlərin tənqidləri ilə üzləşən cənab Malikinin şiə hökuməti ilə daha sıx əlaqədə olması üçün təzyiqlərini davam etdirir.

Bu arada Diyala vilayətində İraq ordusu ilə İŞİD militantları arasında döyüşlər davam edir.



.
XS
SM
MD
LG