Accessibility links

Birləşmiş Ştatların dövlət katibi Con Kerri bu gün əminliklə deyib ki, İraqın hökumət qüvvələri vilayət paytaxtı Ramadinin nəzarətini İslam Dövləti döyüşçülərindən geri alacaq.

Yaraqlıların Ramadini ələ keçirdiklərindən bir gün sonra danışan cənab Kerri yaraqlıların ələ düşən imkandan yararlandığını, lakin yaxın günlərdə vəziyyyətin dəyişəcəyini deyib.

Yerli rəsmilərin sözlərinə görə, paytaxt Bağdadın 125 km-liyində yerləşən Ramadidə üç gün davam edən döyüşlərdə 500 nəfər ölüb.

İraqın baş naziri Heydər Əl-Abadi yarı-hərbi qüvvələri Ramadiyə yürüşə çağırıb. Birləşmiş Ştatların başçılığı ilə İslam Dövlətinə qarşı hər gün havadan hücumların həyata keçirildiyi bölgəyə bu gündən etibarən daha çox döyüşçünün gələcəyi bildirilib.

Bu arada İslam Dövləti yaraqlıları İraqın mərkəzi Ramadi şəhərini ələ keçirəndən bir gün sonra, bölgə rəsmiləri hökümət əsgərlərinin ərazini tərk etdiklərini deyirlər.

Şəhərdə çəkilən videoda İraq əsgərlərinin şəhəri fərqli hərbi nəqliyyat vasitələri ilə tərk etdikləri göstərilir.

XS
SM
MD
LG