Accessibility links

Birləşmiş Ştatların Dövlət katibi Con Kerri deyib ki, koalisiya qüvvələrinin İslam Dövləti qrupuna qarşı hava hücumları yaraqlıların səfərbər olması və hücumlar həyata keçirməsini qat-qat çətinləşdirib.

Con Kerri bu açıqlamanı bu ilin əvvəli İraqın şimal və qərb bölgələrində böyük ərazini, eləcə də Suriyanın şərqini ələ keçirən yaraqlı qrupa qarşı mübarizə səylərini müzakirə etmək üçün bu gün Brüsseldə 60 tərəfdaş ölkənin xarici işlər nazirlərinin toplaşdığı yığıncaqda çıxışı zamanı deyib.

ABŞ dövlət katibi yaraqlıların Birləşmiş Ştatların başçılıq etdiyi hava hücumlarından qorxmalı olduğunu və İraq təhlükəsizlik qüvvələrinin təlimlərini başa çaqtdırana qədər bu hücumların davam edəcəyini bildirib.

Avqust ayından bəri koalisiya qüvvələri İraq və Suriyadakı yaraqlılara qarşı mindən çox hava hücumu həyata keçirib.

XS
SM
MD
LG