Accessibility links

Birləşmiş Ştatların dövlət katibi Con Kerry yaxın zamanda sülh razılığı əldə edilməsi ümidi ilə Fələstin və İsraillə müzakirələri davam etdirir.

Bu gün Ramallah şəhərində dövlət katibinin Fələstinlilərin prezidenti Mahmud Abbasla görüşü yüzlərlə insanın iştirak etdiyi etiraz aksiyası ilə müşayiət edilib.

Daha əvvəl İsrailin xarici işlər naziri Aviqdor Libermanla görüş keçirən Con Kerri deyib ki, təklif etdiyi razılıq Fələstin və İsrail liderləri arasındakı fikir ayrılıqlarının azaldılmasına və daimi müzakirələrin bərpasına yönəlib.

Dünən Kerri İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb.

İsrailin baş naziri ilə görüşündən sonra cənab Kerri tərəflər arasında boşluqları dolduracaq və anlaşmaya səbəb olacaq razılığa nikbinliklə yanaşdığını deyib.

Netanyahu isə deyib ki, indi dünyada fələstinlilərin sülh istəyinə inanların sayı azalır. O, Fələstin rəhbərliyini İsrailə qarşı nifrəti yaymaqda günahlandırıb.

İsrail-Fələstin sülh müzakirələri 3 illik dondurulmadan sonra 5 ay əvvəl bərpa edilib.
XS
SM
MD
LG