Accessibility links


Brüsseldə NATO xarici işlər nazirlərinin görüşündə ABŞ Dövlət katibi Con Kerri və Rusiyanın Xarici İşlər naziri Sergey lavrov Suriyada vətəndaş müharibəsi ilə bağlı fərqli baxışlar ifadə edib.

ABŞ Rusiyanı Suriya prezidenti Bəşar Əl-Əsədin getməli olduğuna inandırmağa çalışır, Rusiya bu fikri qəbul etməkdən imtina edir. Dövlət katibi Kerri fikri ayrılıqlarının azaldılmasına çalışaraq deyib ki, ABŞ və Rusiya arasında fərq Əsədin nə vaxzt və necə getməsi məsələsil ilə əlaqədardır.

Lakin Rusiya bildirir ki, Suriya vəziyyətin siyasi həlli prezident Əsəd daxil olmaqla, suriyalıların özü tərəfindən müəyyən edilməlidir. Xarici işlər nazirlərinin mətbuat konfransında Lavrov Qərb ölkərini sülh səylərinin qarşısını almaqda günahlandıraraq, deyib ki, belə davam etsə, Suriya radikal islamçıların nəzarətinə keçə bilər.

Lavrov deyib ki, Rusiyanın müttəfiqləri arsında Suriyada böhranın həlli səylərinin baş tutmaya bildiyi haqda narahaqlıqlar artmaqdadır. O, beynəlxalq ictimaiyyəti Suriyada tərəfləri danışıqlar masası arxasına gətirməyə çağırıb.

Dövlət katbi Kerri deyib ki, o və xarici işlər naziri Lavrov müzakirələrin davam etdirilməsi məsələsində razılıq əldə ediblər və bəzi yeni ideyaların masa üzərində olduğunu əlavə edib. O, xarici işlər naziri Lavrovla bir sıra imkanların müzakirə edildiyini deyib.

Bu arada, NATO-nun Baş katibi Anders Fogh Rasmussen Suriyada müharibənin regionda təhlükəsizliklə bağlı problemlər yarada bildiyini deyib. Lakin o, NATO-nun münaqişədə birbaşa rol oynaması ilə bağlı heç bir çağırışın olmadığını vurğulayıb.
XS
SM
MD
LG