Accessibility links

Ortaq zəmin əldə ediləcəyinə ümid bəslədiyini bildirən ABŞ Dövlət katibi Con Kerri bu gün rusiyalı həmkarı Sergey Lavrovla danışıqlara başlayıb.

Hər iki rəsmi Moskvada keçirilən görüş zamanı Suriya böhranı, İslam Dövləti qrupu və Ukraynada vəziyyətin müzakirələrin diqqət mərkəzində olacağını bildirib. Bu, Con Kerrinin bu il Rusiyaya ikinci səfəridir.

"Fikir ayrılıqlarının olmasına baxmayaraq, müəyyən məsələlər ətrafında effektiv şəkildə işləyə bilmişik" -deyə ABŞ dövlət katibi bildirib. O, Rusiyanın İranla nüvə razılaşmasının əldə edilməsinə dair dialoqa mühüm töhfə verdiyini qeyd edib.

Tərcüməçi vasitəsilə danışan Sergey Lavrov deyib ki, o, Rusiya prezidenti Vladimir Putin və Birləşmiş Ştatlar prezidenti Barak Obamanın başladığı ABŞ-ın yardımı ilə Ukraynada vəziyyətin tənzimlənməsi ilə bağlı müzakirələri davam etdirmək istəyir.

Cənab Kerri Moskvaya bazar ertəsi Parisdə Fransanın təşəbbüsü ilə Suriyada vəziyyət və İslam Dövləti qrupuna qarşı mübarizə məsələlərinin müzakirəsilə ilə bağlı toplantıda iştirak etdikdən sonra səfər edib.

XS
SM
MD
LG