Accessibility links

Əhatəli danışıqlar aparmaq üçün Polşada səfərdə olan Birləşmiş Ştatların dövlət katibi Con Kerri deyib ki, Suriya rəsmilərinin Bəşar Əl-Əsədin istefası tələbinə görə danışıqların yersiz olduğunu demələrinə baxmayaraq, Suriya sülh danışıqlarında iştirak etməlidir.

Bu gün Varşavada keçirilən mətbuat konfransı zamanı cənab Kerri Suriya böhranın hərbi yolla həll edilməyəcəyini deyib.O, hökumətin danışıqlar barədə verdiyi vədi yerinə yetirməli olduğunu deyib. ABŞ dövlət katibi danışıqların məqsədinin hər iki tərəfin müvəqqəti hökumətin yaradılması barədə razılığa gəlməsi olduğunu bildirib.

Bazar ertəsi Suriyanın dövlət SANA agetliyi ölkənin informasiya naziri Ömran Əl-Zöhbiyə istinadən bildirib ki, hökumət sülh danışıqlarında iştirak etməyəcək. Suriya müxalifətinin nümayəndələri isə Əsədin istefası barədə dəqiq plan olmadan danışıqların mümkün olmayacağını deyirlər.
XS
SM
MD
LG