Accessibility links

ABŞ Dövlət katibi Con Kerri Rusiya prezidenti Vladimir Putinlə Ukrayna, Suriya və İranla məsələlərlə əlaqədar səmimi müzakirə apardığını deyib.

Con Kerri bu açıqlamanı Tvitter səhifəsində mesajda yazıb və əlavə edib ki, qlobal məsələlərin həllində ABŞ və Rusiya arasında əlaqələrin saxlanılmasının vacibdir.

Birləşmiş Ştatların Dövlət katibi Con Kerri bu gün kurort şəhəri Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Bu, Ukraynada və Suriyada vəziyyətlə bağlı Rusiya və ABŞ arasında münasibətlərin gərginləşməsindən bəri cənab Kerrinin Rusiyaya ilk səfəridir.

Rusiya prezidenti ilə görüşdən öncə Con Kerri Xarici İşlər naziri Sergey Lavrovla 2014-cü ildə Ukraynada böhran başlayandan bəri ABŞ və Rusiya arasında ilk yüksək səviyyəli görüş keçirib.

ABŞ Dövlət Departamenti görüşdən öncə bildirib ki, cənab Putin və cənab Kerri Birləşmiş Ştatların mövqeyinin çatdırıldığını təmin etmək məqsədilə göstərilən səylərin bir hissəsi olaraq ikitərəfli və regional məsələləri geniş müzakirə edəcək.

Con Kerrinin cənab Putinin Ukraynada Rusiya tərəfdarı separatçıların kövrək atəşkəs razılığını yerinə yetirməyə məcbur etmək istəyib-istəmədiyini test edəcəyi bildirilir. Eyni zamanda, ABŞ dövləti katibi danışıqlar zamanı Rusiyanın Suriyada dörd ildən artıqdır gedən vətəndaş müharibəsi ərzində son zamanlar məğlub olmağa başlayan prezidenti Bəşar Əl-Əsəd dəstəyinin miqyasını müəyyən etməyə çalışacağı deyilr.

Kreml sözçüsü Dmitri Peskov cənab Putinin Soçi müzakirələrində iştirak edəcəyini təsdiq edib. Cənab Peskov İnterfax xəbər agentliyinə bildirib ki, beynəlxalq ictimaiyyətin Rusiyanın Ukraynanın şərqindəki separatçııları dəstəkləməsi məsələsi Rusiyanın gündəmində deyil. Lakin o deyib ki, məsələ qaldırılsa, Rusiya öz mövqeyini bildirəcək.

XS
SM
MD
LG