Accessibility links

ABŞ dövlət katibi Con Kerri Yaxın Şərqə səfər edir [Xəritə]


ABŞ dövlət katibi Con Kerri bu gün Oman sultanı Qabus Bin Səidlə görüşüb. Oman Suriya münaqişəsinin həllində rol oynamasa da, regionda aparıcı ölkələrdən biridir.

Con Kerrinin Yaxın Şərqə səfərinin məqsədi ABŞ və Rusiyanın təklif etdiyi Suriya sülh konfransı barədə görüşlər keçirməkdir.

Sabah İordaniyada dövlət katibi Suriyanın dostları adlanan qrupla müzakirələr keçirməlidir.

Konfrans ikiillik münaqişələrə son qoyacaq müvəqqəti hökumətin yaradılması üçün müxalifətlə Suriya hökumətinin bir araya gətirilməsi mahiyyəti daşıyır.

Avropanın diplomatik mənbələrinin bildirdiyinə görə, Suriya prezidenti Bəşar Əl-Əsəd administrasiyasından 5 rəsminin konfransda iştirak etməsinə göstıəriş verib. Suriyanın müxalif Milli Koalisiyası həmin rəsmilərin kifayət qədər nüfuza malik olmadıqlarını deyərək, onları rədd edib.

Müxalifət konfransda iştirak edib-etməyəcəyini cümə axşamı günü Türkiyədə keçirəcəyi yığıncaqdan sonra bəyan etməlidir.

Konfransda hansı ölkələrin iştirak edəcəyi məlum deyil. Lakin Rusiya müttəfiqi İranı tədbirə qatılmağa çağırıb. Fransa isə İranın iştirakının qəti əleyhinədir.


May ayının 21-26-da dövlət katibi Con Kerrinin səfər edəcəyi ölkələr
May ayının 21-26-da dövlət katibi Con Kerrinin səfər edəcəyi ölkələr
Bu arada Livandan gəlmiş Hezbulla döyüşçüləri və Suriya əsgərləri strateji Qusayr şəhərini üsyançılardan geri almaq üçün hücuma keçiblər. Müxalifət qrupları Əsədçilərə yardım etmək üçün Hezbulla militantlarının Livandan sərhədi keçərək döyüşlərə qatıldığını xəbər verir.

Britaniyada qərargahlanan Suriya İnsan Haqları Müşahidəçiləri qrupu bazar günündən bəri başlanan döyüşlərdə 31 Hezbulla militantının öldürüldüyünü bildirir.

Qusayr, Suriya
Qusayr, Suriya
Oman paytaxtı Muskatda müxbirlərlə danışan ABŞ Dövlət Departamentinin rəsmisi bildirib ki, Qusayrdakı döyüşlər Hezbullahın toqquşmalara tərəf olduğuna dair ən bariz sübutdur.

Azad Suriya Ordusunun komandirləri Qusayr döyüşlərində habelə İran qüvvələrinin iştirak etdiyini bildirirlər. ​
XS
SM
MD
LG