Accessibility links

Birləşmiş Ştatlar ərzaq və tibbi təchizat daxil edilməklə, Suriya müxalifətinə və Suriya Ali Hərbi Şurasına təcili olaraq 60 milyon dollarlıq qeyri-hərbi yardım göndərəcək.

Bu gün Romada keçirilən yığıncaqdan sonra bu bəyanatla çıxış edən Birləşmiş Ştatların dövlət katibi Con Kerri deyib ki, beynəlxalq ictimaiyyət sülhə doğru ilk addım kimi Suriya müxalifəti ilə işləməyə hazırdır.

Cənab Kerri Suriya müxalifətinin xalqın səsi olaraq, atıq uzun müddətdir legitimliyini itirən və vəzifəsindən getməli olan Bəşar Əl-Əsədə qarşı mübarızə apardığını deyib.

ABŞ dövlət katibi dünyanın prezident Əsədin qəddarlığına şahid olduğunu və hakimiyyətdə olduğu müddətdə Suriya xalqının sülh və əmin-amanlığa nail ola bilməyəcəyini bildirib.
XS
SM
MD
LG