Accessibility links

ABŞ dövlət katibi Türkiyəyə gedir [Təhlil]


Birləşmiş Ştatların dövblət katibi Con Kerri regiona səfərinin bir hissəsi kimi həftəsonu Türkiyəyə gedəcək. Səfərin məqsədi əsasən Suriyadakı vəziyyət, eləcə də Türkiyə ilə İsrail arasındakı münasibətlərin müzakirəsidir.

Dövlət Departamentinin sözçüsü Viktoriya Nulandın dediyinə görə, cənab Kerri Birləşmiş Ştatların iki əsas müttəfiqi arasında münasibətləri normallaşdırmaq istəyir. Viktoriya Nuland cənab Kerrinin əvvəlcə İstanbula, sonra isə İsrailə səfər edəcəyini deyib. Sözçü dövlət katibinin bu ölkələr arasında münasibətlərin normallaşması və onların birgə işləməsi üçün səylər göstərəcəyini bildirib.

Keçən ay Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İsrailli həmkarı Benyamin Netanyahunun 2010-cu ildə İsrail ordusunun blokadada olan Qəzzaya yardım aparan gəmidə 9 türkü qələ yetirdiyinə görə üzr istəməsini qəbul etdi.

Öz növbəsində Ankara İsraillə dondurulmuş diplomatik əlaqələrin aradan qaldırılmasına söz verdi. Cənab Kerri bu addımların tez bir zamanda atılmasına çalışacaq.
Bu əlaqələr biri-birilərinə sevgi əsasında qurula bilməz, çünki İsaril Türkiyə hökumətinə İslamçı və fundamentalist hökumət kimi baxır. Ərdoğan və Türkiyənin aparıcı AKP partiyasının perspektivindən baxanda isə İsrail fələstinlilərə qarşı zalım və anti-islamçı mövqedədir.
Sami İdiz
Türkiyənin “Tərəf” qəzetinin diplomatiya üzrə yazarı Sami İdiz yaxınlaşmanın asan olmayacağını deyir. "Bu əlaqələr biri-birilərinə sevgi əsasında qurula bilməz, çünki İsaril Türkiyə hökumətinə İslamçı və fundamentalist hökumət kimi baxır. Ərdoğan və Türkiyənin aparıcı AKP partiyasının perspektivindən baxanda isə İsrail fələstinlilərə qarşı zalım və anti-islamçı mövqedədir.”

Digər tərəfdən cənab İdiz həm Türkiyə, həm də İsrailin Suriya ilə həmsərhəd olduğunu və hər iki dövlətin beynəlxalq ictimaiyyəti Suriyadakı böhrana müdaxilə etməyə çağırdıqlarını deyir.

İstanbulun Kadir Has Universitetindən Soli Özəl Ankaranın president Bəşar Əl-Əsədə qarşı mübarizə aparan Suriya müxalifətini dəstəklədiyini, bu səbəbdən də Türkiyə ilə İsrailin birgə işləmələrinin mümkün olduğunu deyir.
Türkiyə artıq özünü Suriya məsələsində ön rola yerləşdirib, və zənnimcə Ankara çalışacaq ki, Suriyada qərar tutacaq yeni rejim həm Türkiyənin həm də İsrailin milli maraqlarına təhlükə törətməsin.
Soli Özel

“Türkiyə artıq özünü Suriya məsələsində ön rola yerləşdirib, və zənnimcə Ankara çalışacaq ki, Suriyada qərar tutacaq yeni rejim həm Türkiyənin həm də İsrailin milli maraqlarına təhlükə törətməsin."

Çox guman ki, cənab Kerrinin Türkiyəyə səfəri zamanı Suriya məsələsi müzakirələrin mərkəzində olacaq. Ankara da yəqin ki, Suriya müxalifətini silahlandırmaqla bağlı təzyiqlər göstərəcək.
XS
SM
MD
LG