Accessibility links

Birləşmiş Ştatlar və Böyük Britaniyanın yüksək rütbəli diplomatları Ukraynanın Rusiyapərəst prezidenti Viktor Yanukoviçin devrilməsindən sonra ölkənin şərqlə qərbə arasında bölünə biləcəyini istisna edir.

Çərşənbə axşamı Birləşmiş Ştatların dövlət katibi Con Kerri ilə görüşündən sonra Britaniyanın xarici işlər naziri Vilyam Heyq Vaşinqtonla Londonun Ukraynada koalisiya hökuməti quracağına ümid etdiyini deyib. Cənab Kerri Ukraynadakı siyasi böhranın Qərblə Şərq arasında soyuq müharibəyə gətirib çıxaracağı fikrinin yalnış olduğunu deyib.

Bu gün Ukraynanın cənub şəhəri Simferopolda Rusiyapərəst nümayişçilərlə müvəqqəti hökuməti dəstəkləyən Qərbyönümlü nümayişçilər arasında qarşıdurma olub.

Rusiyanın Qara Dəniz Donanmasının yerləşdiyi Krım bölgəsi Ukraynada siyasi fikir ayrılıqlarının ən kəskin ifadə olunduğu strateji bölgədir.

Rusiya israr edir ki, onun Ukraynanın daxili siyasətinə qarışmaq məramı yoxdur. Xarici işlər nazİRİ Sergey lavrov ölkəni Qərblə Şərq arasında seçim qarşısına sürükləməyi qeyri-məhsuldar adlandırıb.
XS
SM
MD
LG