Accessibility links

ABŞ dövlət katibi Con Kerri ukraynalıları təbrik edib


Birləşmiş Ştatlar ukraynalıları Petro Poroşenkonun qələbəsi ilə nəticələnən prezident seçkisinin keçirilməsi münasibətilə təbrik edib.

ABŞ dövlət katibi Con Kerri deyib ki, bazar günü səs vermədə yüksək seçici fəallığı Ukrayna xalqının demokratik ölkədə yaşamaq istəyinin göstəricisidir.

Bu gün verdiyi bəyanatında cənab Kerri Rusiya tərəfdarı separatçıların səsvermənin qarşısını almağa çalışdığı Ukraynanın şərq bölgəsindəki seçicilərin cəsarət və qətiyyətini qeyd edib.

Cənab Kerri Birləşmiş Ştatların Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə hörmət etdiyini və ölkəsinin Rusiyanın Krımı ilhaq etməsini qınadığını deyib.

ABŞ Dövlər katibi Birləşmiş Ştatların Ukraynadakı böhrana son qoyulması üçün bu ölkə ilə işləməyə hazır olduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG