Accessibility links

ABŞ dövlət katibi Con Kerri Hələbdə Suriya uşaq xəstəxanasına edilən hava hücumuna görə narahatlığını ifadə edib.

Con Kerri hücumda prezident Bəşar Əl-Əsədin qüvvələrini təqsirləndirib.

Dünənki hava hücumu Hələbin üsyançıların nəzarətində olan ərazilərində yerləşən, Sərhədsiz Həkimlərin çalışdığı xəstəxanaya edilib. 20 uşaq və bir neçə həkim həlak olub.

Hava hücumu Hələbdə davam edən 24 saatlıq döyüşlərin bir hissəsi olub. Suriya qüvvələri ilə üsyançılar arasında gedən döyüş zamanı 60 nəfər öldürülüb.

Kerri Əsədin himayədarı Rusiyanı Əsədə təsir göstərərək onu hücumları dayandırmağa təsir göstərməyə çağırıb.

XS
SM
MD
LG