Accessibility links

İranda 1000 gündən artıqdır ki, keşiş Yusif Nadarxani xristianlığa inamına görə nəzarət altındadır


İranda 1000 gündən artıqdır ki, keşiş Yusif Nadarxani xristianlığa inamına görə nəzarət altındadır. 2009-cu ildə o, mürtədlik ittihamı ilə ölümə məhkum edilmiş, 2011-ci ildə hökm qüvvədə saxlanmışdı. İnsan hüquqları müdafişçiləri I Nadarxaninin azadlıq müqabilində dinindən imtina etməsi təklifini dəfələrlə rədd etdiyini bildirir.

Keşişin həbsi İranda son illər xristianlara qarşı təqib və təzyiqlərin ən bariz nümunəsiidir. Nəzarət altında olan kilsə xadimləri arasında Fərşid Fəthi və Benham İnami də var. Onlar həbs edildikdən sonra kilsələri də başlanıb.

Yusif Nadarxaninin həbsinin 1000-ci günü münasibəti ilə ABŞ Dövlət Departamenti İran rəsmilərini onun dərhal azadlığa buraxılmasına çağırıb. Dövlət Departamentinin yazılı bəyanatında deyilir ki, keşiş Nadarxani tək deyil. İran rejimi vətəndaşlarının hüquqlarını pozmaqda davam edir, rejimin etnik və dini azlıqlara qarşı respessiyaları səngimək bilmir.

Bəyanatda İranın Əhvaz ərəblərinin edamları narahtedici factor kimi qiymətləndirilir. 2012-ci ilin mart ayında İranın dövlət mediası onların təzyiqlər altında verdiyi etiraf ifadələrini nümayiş etdirmişdi.

ABŞ Dövlət Departamentinin sözçüsü Viktoiya Nuland 5 ay həbsdə saxlandıqdan sonra itkin düşən yazıçı Məhəmməd Süleymani Nia bağlı narahatlığını dilə gətirib.

“Biz İran rəsmilərini dini və siyasi inamından asılı olmayaraq vətəndaşların azadlığı, şərəf və ləyaqətinə ehtiram göstərməyə, qanunlar və beynəlxalq öhdəliklərə əməl etməyə çağırırıq..”
XS
SM
MD
LG