Accessibility links

Ketlin Hiks: ABŞ Azərbaycanla müdafiə sahəsində əlaqələri strateji əməkdaşlıq səviyyəsinə çatdırmaqda maraqlıdır


ABŞ müdafiə nazirinin müşaviri Ketlin Hiks prezident İlham Əliyevlə danışıq aparır

ABŞ müdafiə nazirinin müşaviri Ketlin Hiks prezident İlham Əliyevlə danışıq aparır

ABŞ müdafiə nazirinin müşaviri Azərbaycanda danışıqlar aparıb

ABŞ müdafiə nazirinin müşaviri Ketlin Hiks Azərbaycanda səfərdədir.

Yanvarın 17-də Ketlin Hiks prezident İlham Əliyev və müdafiə naziri Səfər Əbiyevlə danışıqlar aparıb.

Ketlin Hiks bildirib ki, ABŞ Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada iştirakını və bu missiyaya verdiyi töhfəni yüksək qiymətləndirir.

Prezident Əlievlə görüşdə ABŞ müdafiə nazirinin müşaviri deyib ki, ABŞ Azərbaycanla müdafiə sahəsində əlaqələri daha da genişləndirməkdə və strateji əməkdaşlıq səviyyəsinə çatdırmaqda maraqlıdır.

O, bu sahədə əməkdaşlığımızın istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılmasının önəmini qeyd edib.

Öz növbəsində, İlham Əliyev deyib ki, iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq uzun tarixə malikdir və razılıq doğurur. Əliyev bu əməkdaşlığın regional və enerji təhlükəsizliyi, eləcə də sabitliyin möhkəmləndirilməsi baxımından önəmini vurğulayıb.

O, Azərbaycan ilə ABŞ arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən müdafiə sahəsində daha da genişləndiriləcəyinə əminliyini ifadə edib.
XS
SM
MD
LG