Accessibility links

Ketrin Eşton: Avropa İttifaqı Şərq Tərəfdaşlığı ilə əməkdaşlığı dərinləşdirməyə sadiqdir


Ketrin Aşton Hüsnü Mübarəki müxalifətlə dialoqa çağırır
Ketrin Aşton Hüsnü Mübarəki müxalifətlə dialoqa çağırır

Avropa İttifaqı Azərbaycan, Belorus, Gürcüstan, Moldova, Ermənistan və Ukrayna ilə əməkdaşlığı dərinləşdirəcək

Avropa İttifaqının 28 ölkəsinin xarici işlər nazirlərinin Lüksemburqda keçirilən iclasında “Şərq Tərəfdaşlığı” ölkələri olan Azərbaycan, Belorus, Gürcüstan, Moldova, Ermənistan və Ukrayna ilə əməkdaşlığı dərinləşdirməyə sadiq qaldıqlarını təsdiqləyiblər. Bu bəyanatı Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə Ali komissarı Ketrin Eşton görüşdə səsləndirib.

“Şərq Tərəfdaşlığı”nın bu ilin noyabrında keçiriləcək Vilnüs Sammitinin uğurlu alınması üçün bütün səylərimizi ortaya qoyacağıq. Biz “Şərq tərəfdaşlığı” ölkələri ilə əməkdaşlığımızı istər birtərəfli, istərsə də çoxtərəfli şəkildə möhkəmləndirəcəyik”, deyə o görüş yekun vurub.

K.Eşton Vilnüs Sammitinin “Şərq Tərəfdaşlığı” iştirakçılarına münasibətdə “yeni səhifə açacağı”nı nəzərə çatdırıb. O, rəsmi Kiyevin Avropa İttifaqının tələblərini yerinə yetirməsini nazirlərin nəzərdən keçirdiklərini və ittifaqın Ukrayna ilə Assosiativ Saziş imzalaması şərtini ortaya qoyduğunu bildirib.

“Zəruri olanları etmək və hökmən irəli getmək məsələsi bizə mütləq şəkildə aydındır. Ümid edirəm ki, biz Vilnüsdə indiyə kimi edilənləri və münasibətləri irəliyə doğru davam etdirməyi bayram edə bilərik”, Eşton deyib.

Qeyd edək ki, “Şərq Tərəfdaşlığı” ölkələri ilə Avropa İttifaqının yaxınlaşmasını Rusiya əngəlləyir. Moskva Ermənistanı Gömrük İttifaqına daxil olmağa məcbur edib. Moldova və Ukraynaya Avropa İttifaqı ilə Assosiativ Saziş imzalamaması üçün təzyiqlər edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG