Accessibility links

Kəşfiyyat rəsmiləri Əl-Qaidənin yüksək rütbəli liderinin öldürüldüyünü bildirmişlər


Mustafa Əbu Əl-Yazid

Mustafa Əbu Əl-Yazid

Kəşfiyyatın xüsusi agentləri Əl-Qaidə liderinin ölümü barədə məlumatın İslamçıların bir neçə radikal veb səhifəsində açıqlandığını deyirlər

Birləşmiş Ştatlar kəşfiyyat rəsmilərinin bildirdiyinə görə, Əl-Qaidənin üçüncü ən yüksək rütbəli lideri Mustafa Əl-Yəzid ABŞ-ın Pakistanda həyata keçirdiyi raket hücumları zamanı öldürülmüşdür. Adlarının çəkilməsini istəməyən rəsmilər eləcə də, Şeyx Səid Əl-Məsri kimi də tanınan Yəzdinin ABŞ hərbi təyyarəsinin Pakistanın qəbilələrin yaşadığı bölgədə həyata keçirdiyi hücumu zamanı öldürüldüyünü bildirmişlər. Kəşfiyyatın xüsusi agentlərinin bildirdyinə görə, Əl-Qaidə liderinin ölümü barədə məlumat İslamçıların bir neçə radikal veb səhifəsində açıqlanmışdır. Yəzidin arvadının, qızlarının və nəvəsinin, bir neçə nəfər digər şəxslərlə birlikdə Birləşmiş Ştatların pilotsuz təyyarəsinin hücumu zamanı öldürüldükləri deyilir.

XS
SM
MD
LG