Accessibility links

Mayın 14-də Nəsimi rayon məhkəməsi araşdırmaçı jurnalist Xədicə İsmayılın həbsdə saxlama müddətinin uzadılması ilə bağlıprokurorluğunun təqdimatına baxılıb.

Məhkəmənin qərarı ilə Xədicə İsmayılın həbs müddəti daha 3 ay (avqustun 24-dək ) müddətinə uzadılması barədə qərar verib.

Vəkil Fariz Namazlının Amerikanın Səsinə verdiyi məlumata görə istintaq tərəfi həbs müddətinin uzadılması səbəbini bir daha təkrarlayıb.

Həbs müddətinin uzadılmasını istintaq tərəfi belə əsaslandırıb ki, jurnalist şahidlərə təsir edə bilər, istintaqdan qaçıb gizlənə bilər. Eyni zamanda onun cinayət işi üzrə ekspertiza rəyləri alınmalıdır.

Bununla da Xədicə İsmayılın həbs müddəti 3-cü dəfə uzadılıb

Xədicə İsmayıl bunu absurd hesab edir və irəli sürülmüş ittihamlarla özünü təqsirli saymır.

İstintaq orqanı hesab edir ki, Xədicə İsmayıl AzadlıqRadiosunun Bakı bürosunun rəhbəri olduğu müddətdə isə jurnalistləri işə götürmək və ya hər hansı maliyyə fünksiyalarını yerinə yetirmək səlahiyyətində olmayıb. Sadəcə Bakı ilə Praqa birosu arasında koordinator olub.

Jurnalist bunları qəbul etmir,o bildirib ki, bu işdə yalnış olaraq seçilib.Onun Azadlıq Radiosunda yalnız yazılara baxmaq səlahiyyəti var idi. Onu yazılarının qarşısını almaq üçün həbs ediblər.

Bununla belə jurnalist məhkəmədə deyib ki, onu həbs etsələr də başqaları yazı yazacaq. Prokurorluq məhkəmənin gözünə kül üfürür.

Vəkil bu işdən apellyasiya şikayəti verəcəyini bildirib.

Daha sonra məhkəmədə Xədicə İsmayılın həbs qəti imkan tədbirinin ev dustaqlığına buraxılması barədə məhkəməyə vəsatət verib.

Onun sözlərinə görə bu işə mayın 15-də Nəsimi rayon məhkəməsində baxılacaq.

Xədicə İsmayıl ötən il dekabrın 5-də həbs olunub.

Xədicə İsmayıl bunu absurd hesab edir və irəli sürülmüş ittihamlarla özünü təqsirli saymır.

Xədicə İsmayılova CM-in 125-ci maddəsi ilə (ölüm həddinə çatdırma) ittiham olunur. O, guya ölüm həddinə çatdırdığı Tural Mustafayevin ərizəsi əsasında saxlanılıb. Lakin fevralın 13-də prokurorluq CM-in üç maddəsi -179.3.2 (külli məbləğdə mənimsəmə), 192.2.2 (qanunsuz sahibkarlıq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) yeni ittiham irəli sürüb.

Bu ittihamlara görə Xədicə İsmayılı 12 ilədək həbs gözləyir.

Fevralın 23-də Bakı İstintaq Təcridxanasında Elman Türkoğlunun həbsdə olan jurnalist Xədicə İsmayıla qarşı iddiası üzrə Binəqədi Rayon Məhkəməsinin hakimi Sədrəddin Hacıyev daha bir qərar çıxarıb.

Hakim jurnalisti Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) maddəsi ilə təqsirli bilərək 2500 manat məbləğində cərimələyib.

Həbs müddətinin uzadılmasını istintaq tərəfi belə əsaslandırıb ki, jurnalist şahidlərə təsir edə bilər, istintaqdan qaçıb gizlənə bilər. Eyni zamanda onun cinayət işi üzrə ekspertiza rəyləri alınmalıdır.

XS
SM
MD
LG