Accessibility links

Ekipajsız kosmik yük gəmisi Qazağıstanın Baykonur kosmodromundan fəzaya göndərilib. Gəmi beynəlxalq fəza stansiyasına təchizat daşıyır.

"Progres 51" adlanan yük kapsulu fəza stanasiyasına yanacaq, oksigen, su, quru ərzaq, təmir avadanlığ və təcrübələr üçün mühüm avadanlıq da daxil olmaqla 3,1 tondan ibarət yük çatdıracaq.

Son üç yük gəmisindən fərqli olaraq, "Progres 51" kapsulunun fəza stansiyasına çatması iki gün sürəcək.

Yük boşaldıldıqdan sonra "Progres 51" fəza kapsulu beynəlxalq fəza stansiyasındakı tullantılarla duldurulacaq və stansiyadan ayrıldıqdan sonra atmosferdə yandırılacaq.
XS
SM
MD
LG