Accessibility links

Mixail Xodorkovski Putini "dövlət kapitalizmində" ittiham etdi


Yukos şirkətinin keçmiş rəhbəri Rusiyanın iqtisadi gələcəyini bu sözlərlə təsvir edib

2003-cü ildən həbsdə olan Yukos şirkətinin keçmiş rəhbəri Mixail Xodorkovski Forbes jurnalına müsahibəsində Rusiya iqtisadiyyatının inkişafı ilə bağlı açıqlamalar verib. Xodorkovski deyib ki, prezident Vladimir Putinin hakimiyyəti dövrü Rusiya dövlət kapitalizmi modeli əsasında inkişaf edir. "O özü bəlkə də getdiyi yolun son dayanacağını tam təsəvvür edə bilmir, lakin onun atdığı addımlar məhz oraya aparır. Bunlar sovet təfəkkürü və xüsusi orqanların əməkdaşının vərdişləri ilə yaşına görə yeniliyi qəbul etməyin çətinliklərin vəhdətindən ibarətdir”-deyə Khodorkovsky bildirib.

Onun sözlərinə görə, dövlət kapitalizmi dövlət inhisarlarının üstünlüyü deməkdir və burada aşağı inkişaf sürəti, infrastruktur, elm, sosial xidmətlər sahələrində təkcə Qərb ölkələri deyil, Çin və sürətlə inkişaf edən digər ölkələrdən geriləmə, eyni zamanda, cəmiyyətdə gərginliyin daim artması qaçılmaz haldır.

Xodorkovski deyib ki, prezident Putinin yaratdığı sistem onsuz işləyə bilmir. Keçmiş biznesmen Rusiyanın gələcəyi ilə bağlı bölüşdüyü bədbin proqnozların prezidentin real dövlət təsisatları, dəyişikliyin əsasında duran rəqabət və cəmiyyətlə dialoqu bərpa etmək yolu ilə tədricən hakimiyyətdən getdiyi halda baş verməyə biləcəyini deyib.
XS
SM
MD
LG