Accessibility links

Xurşid Abdullayeva: Elə bil hər şey dünən olub [Audio]

  • Nərminə Cəlalqızı

"Mən heç inanmıram ki, atamn artıq yüz ili tamam olur. Hər şey elə bil dünən olub,” deyə Xurşid Abdullayeva atası, görkəmli aktyor Lütfəli Abdulayev haqda xatirələrini paylaşır. O, atası ilə bağlı bir çox anları - onun səsini, yerişini, sözlərini xatırladığını deyir.

Xurşid xanım atasının onların təhsilinə xeyli diqqət ayırdığını önə çəkir. “Siz yaxşı oxumalısınız, ona görə ki, Lütfəli Abdullayevin qızları, Əhməd bəy Pepinovun nəvələri, Həsən bəy Ağayevin nəticələrisiz,” deyə o, övladlarına xatırladardı.
Siz yaxşı oxumalısınız,ona görə ki, Lütfəli Abdullayevin qızları, Əhməd bəy Pepinovun nəvələri, Həsən bəy Ağayevin nəticələrisiz.Xurşid xanımın sözlərinə görə atası onların rus dilinə yiyələnməklərini istəyirdi. "O, özü rus dilini yaxşı bilmədiyinə görə bu dili öyrənməyin vacibliyini, təhsilin vacibliyini vurğulayardı," deyə Xurşid xanım bildirir.

Müsahibin sözlərinə görə Azərbaycanın bir çox görkəmli xadimləri tez-tez onların evlərində yığışardı. Onların sırasında Bəxtiyar Vahabzadə, Niyazi, Fikrət Əmirov, Şəmsi Bədəlbəyli, Şıxəli Qurbanov kimi adamlar var idi.
Xuşid xanım Lütfəli Abdullayevin 100 ilik yublieyini keçirilməsi üçün prezident sərəncamı olduğunu və Mədəniyyət Nazirliyinin bir sıra tədbirlər planlaşdırdığını bildirib. “Sentyabrda atamın doğulduğu şəhərdə, Şəkidə abidəsi açılacaq,” deyə o, Amerikanın Səsinə xəbər verib.

O, atasının “Arşın Mal Alan”, “Əhməd Haradadır?”, “Ulduz” kimi filmlərdə canlandırdığı obrazlarla daim Azərbaycan xalqının ürəyində qalacağına əmin olduğunu deyir.
XS
SM
MD
LG