Accessibility links

İki Rusiya alimi fizika üzrə 2010-cu il Nobel mükafatı qazanıb


İki Rusiya alimi fizika üzrə 2010-cu il Nobel mükafatı qazanıb

İki Rusiya alimi fizika üzrə 2010-cu il Nobel mükafatı qazanıb

ki Rusiya alimi fizika üzrə 2010-cu il Nobel mükafatı qazanıb. Alimlərə bu yüksək mükafat karbonun güclü və ötürücü forması üzərindəki eksperimentlərə görə verilib

İki Rusiya alimi fizika üzrə 2010-cu il Nobel mükafatı qazanıb. Alimlərə bu yüksək mükafat karbonun güclü və ötürücü forması üzərindəki eksperimentlərə görə verilib. Andrey Geym və Konstantin Novosyolov karbonun şəffaf və tək atom qalınlığında olan qrafen üzərində tədqiqatlar aparıb. İsveçin Elmlər Akademiyasının bildirdiyinə görə, bu tətqiqatlar innovativ elektroniklərin hazırlanmasına yardım edəcək. Qrafenlər şəffaf ekranlar və işıq panellərinin istehsalına yol aça bilər. 36 yaşlı Novosyolov və 51 yaşlı Geym Hollandiyada doktorluq dərəcələrini alıb. Onların hər ikisi də Mançester Universitetinin professoru olub. Mükafata 1.5 milyon dollar və qızıl medal daxildir.

XS
SM
MD
LG