Accessibility links

İsaak qasırğası Kubanı təsirinə məruz qoyub


İsaak tropik qasırğası Kubanın şəqr bölgələrini güclü yağış və şiddətli küləklə təsirinə məruz qoyub. Ölənlər və dağıntılar barədə məlumat verilmir.

Dünən Haitidə tropik qasırğa nəticəsində 3 adam həlak olub, binalara ziyan dəyib.

Zəlzələdən sarsılan bu ölkədə yüz minlərlə insan hələ də çadırlarda yaşayır. Xilasetmə işçilərini iki ildən artıqdır bu şəraitdə olan insanların taleyi narahat edir. Ağır yağışların torpaq sürüşməsinə səbəb ola biləcəyinə dair qoxular mövcuddur.

Amerikanın Milli Qasırğa Mərkəzinin bildirdiyinə görə, qasırğa saatda 97 km sürətli küləklə şimala istiqamət alıb. İndi Kubaya doğru irəliləyən İssak bazar ertəsi Florida ştatının cənub bölgələrinə vura bilər.

Gələn həftə respublikaçıların Tampada keçirəcəyi Milli Konvesiya səbəbi ilə diqqətlər İsaaka yönəlib. Sinoptiklər qasırğanın Florida ştatına necə təsir edəcəyinin hələ məlum olmadığını deyir. Tampa Floridanın əsas şəhəri Mayamidən 300 km şimalda yerləşir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG