Accessibility links

ABŞ rəsmiləri federal təşkilatlara kütləvi kiber hücumunda Çini günahlandırır. Kiber hücumları zamanı miliyonlarla federal işçinin məlumatının oğurlandığı güman edilir.

Çin xarici işlər nazirinin sözçüsü ABŞ-ın ittihamlarını məsuliyyətsizlik kimi qiymətləndirib.

ABŞ İnsan Qaynaqları Departamenti bildirib ki, 4 miliyona yaxın sabiq və hazırki federal işçi bu hücumlardan zərar çəkib.

Departament təhlükəsizlik pozuntularını aprel ayında qeydə aldığını və daha sonra nəzarəti gücləndirdiyini bildirib.

Federal Təhqiqatlar Bürosu və Daxili Təhlükəsizlik Nazirliyi dəymiş ziyanın ölçüsü ilə bağlı araşdırma aparır.

XS
SM
MD
LG