Accessibility links

Bizneslər kiber hücumlardan qorunmaqda çətinlik çəkir [Video]


Bizneslər kiber hücumlardan qorunmaqda çətinlik çəkir
please wait

No media source currently available

0:00 0:02:14 0:00

Cisco-nun açıqladığı yeni hesabatda deyilir ki, dünya boyu şirkətlərin kiber hücumlarına məruz qaldıqları davam etməkdədir. Hücumlardan qorunmaq üçün qanunlar qeyri-adekvatdır. Beləliklə kiber hücumlarından qorunmaq bacarığına sahib olanlar üçün iş bazarında təlabat getdikcə artıb.

Kiber cinayətkarları əvvəllər olduğundan daha təcrübəlidirlər. ABŞ kompyuter şəbəkə şirkəti Cisco-nun son hesabatı bizneslərin hücumlardan qorunmaq üçün tətbiq etdikləri səylərdəki əsas qüsurları açıqlayır.

Cisco bir il ərzində təhlükəsizlik infrastrukturunda 10 faiz azalma olduğunu qeyd edir. Şirkət 115 min cihazı təhlil edib. Onlardan 92%-nin işlətdiyi softveyrdə qüsurlar olduğu aşkar edilib.

Cisco şirkətindən mühəndis Ceyson Vrvenik bildirib ki, kiber hücumlara hər kəs məruz qala bilər.

Ceyson Brvenik: “Onların əlində təsir edə biləcəkləri bütöv eko-sistem var və onlar üçün fərqi yoxdur, bir şəxsə və ya şirkətə hücum etsinlər. Onlar zəiflikləri müəyyən edir və sonra bundan sui-istifadə edirlər.”

O, deyir ki, özlərini qorumaq istəyənlər analitik modellərə müraciət edirlər. Qısa zamanda hücumu müəyyən etmək və dərhal cavab vermək.

Ceyson Brvenik: “Sayına baxarsaq təqribən hücum halları gün ərzində 100-200 dəfə olur. Lakin daha çox təkmilləşdirilmiş texnologiyadan insanlar istifadə etdikcə bu rəqəm azalmağa başlayır.”

Kiber cinayətə qarşı mübarizə bu sahədə yeni iş imkanlarının yaranmasına səbəb olub. Forbes jurnalının məlumatına əsasən kiber təhlükəsizliyi sahəsində 2015-ci ildə 75 miliyard dollar olan iş bazarının 2020-ci ilədək 170 milyard dollara çatacağı gözlənilir.

Tara Sinkleyr İndeed beynəlxalq iş axtarma internet səhifəsinin baş iqtisadçısıdır. O deyir ki, şirkətlərin kibertəhlükəsizliyi sahəsindəki narahatlığı bu sahədə təcrübəli işçi tələbini artırıb.

Tara Sinkleyr: “Onlar bizneslərindən narahatdır. Onların şirkətlərini kiber hücumlarından qoruyacaq təcrübəli işçiyə ehtiyacları var.”

Beynəlxalq səviyyədə Cisco şirkəti kiber təhlükəsizliyi sahəsində bir miliyon iş yerinin olduğunu müəyyən edib. Dünyanın nəhəng təhlükəsizlik softveyr şirkəti Symantec bu rəqəmin 2019-cu ildə 1,5 miliyona çatacağını təxmin edir.

XS
SM
MD
LG