Accessibility links

ABŞ kəşfiyyat rəsmisi: Xarici hakerlər prezidentliyə namizədlərin kampaniyalarını hədəf alır


ABŞ hökümətinin yüksək səviyyəli kəşfiyyat rəsmisi xarici hakerlərin ABŞ prezidentliyinə namizədləri izlədiklərinə dair işarələrin olduğunu deyib.

“Artıq buna dair bəzi işarələr var,” deyə Milli Kəşfiyyat Agentliyinin direktoru Ceyms Klapper bildirib. O həmçinin əlavə edib ki, “seçki kampaniyası intensivləşdiyi zaman buna işarələr daha da artacaq.”

Ruslar və çinlilər daha təcrübəlidir və istəsələr böyük ziyan vura bilərlər. Sonra terrorçu qruplar da var və onların hər birinin öz məqsədi var.
Ceyms Klapper

Çərşənbə günü Vaşinqtonda keçirilən kiber təhlükəsizlik tədbirində bu sözlərlə çıxış edən Klapper Federal Təhqiqatlar Bürosu (FBI) və Milli Təhlükəsizlik Nazirliyi rəsmilərinin hər hansı kiber təhlükəsinin qarşısını almaq üçün prezidentlik kampaniyalarının işçiləri ilə əməkdaşlıq etdiklərini bildirib.

Bu kiber müdaxilələr son iki prezident seçkiləri zamanı da müşahidə edilən üsullara bənzəyir. ABŞ kəşfiyyat rəsmilərinin bildirdiyinə görə, 2008-ci ildə haker hücumları tez-tez baş verib, dörd il sonra prezident Barak Obama və onun respublikaçı rəqibi Mitt Romni də çinli hakerlərin hücumuna məruz qalıb.

Bütün dünyda fəaliyyət göstərən “Anonymous” haker qrupu və başqaları respublikaçı namizəd Donald Trampın kampaniyasına qarşı “müharibə” başladacaqları barədə xəbərdarlıq edib. Trampın seçki kampaniyası və biznes vebsaytları artıq azı 6 dəfə hakerlərin hücumuna məruz qalıb.

Milli Kəşfiyyat Agentliyinin direktoru Ceyms Klapper
Milli Kəşfiyyat Agentliyinin direktoru Ceyms Klapper

Klapper kiber təhlükələrin bir sıra ölkələr daxil olmaqla bir çox mənbələrdən gəldiyini deyir. “Ruslar və çinlilər daha təcrübəlidir və istəsələr böyük ziyan vura bilərlər. Sonra terrorçu qruplar da var və onların hər birinin öz məqsədi var,” deyə o bildirib.

Çin 2015-ci ildə ABŞ-ın federal hökumətinin Kadrlar şöbəsinə milyonlarla federal işçinin şəxsi məlumatlarını ələ keçirməklə nəticələnən haker hücumunda şübhəli bilinir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG