Accessibility links

ABŞ-ın seçici qeydiyyat sisteminə kiber hücumlar olub


Hacker - 2
Hacker - 2

ABŞ rəsmiləri Rusiyanın İllinoy və Arizona ştatlarında seçici qeydiyyat sistemlərinə qarşı kiber hücumlarının o ştatlardakı rəsmilərin məlumat bazasını bir neçə günlüyünə bağlanmasına səbəb olduğundan şübhələnir.

Hücumlardan ən pisi İllinoyda baş verib. Belə ki, orada hakerlər 200 min seçicinin sosial təminat və sürücülük vəsiqəsi nömrələri kimi şəxsi məlumatlarına çıxış əldə ediblər.

Hücumlar Federal Təhqiqat Bürosunun bütün ABŞ boyu seçki rəsmilərinə kompüter təhlükəsizlik sistemlərini gücləndirmələrinə dair xəbərdarlıq verməsinə səbəb olub.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin baş elmi işçisi Ceyms Endryu Luis deyir ki, son hücumlar bir daha sübut edir ki, Rusiya və Çin kimi xarici hökümətlər noyabr ayında keçiriləcək prezident seçkisindən öncə ABŞ-ın seçki sistemini pozmaq üçün səylərini artırıb.

İllinoy və Arizonadakı kiber hücumlardan öncə Demokrat Partiyasının Milli Komitəsinin kompüter sistemlərinə qarşı hücumlar nəticəsində bir sıra utanc verici email-lərin üstü açılıb və bu, komitə sədri Debbi Vasserman Şultzun istefasına səbəb olub.

Rəsmilər Demokratların Milli Komissiyasına qarşı kiber hücumun Rusiya hökümətinə bağlı adamlar tərəfindən həyata keçirildiyinə dair nəticə çıxarıblar. Moskva isə bu ittihamları rədd edir.

XS
SM
MD
LG