Accessibility links

Çin ABŞ-ın internet təhlükəsizliyi qrupunun yaydığı hesabata kəskin etirazını bildirir. Hesabatda Çin silahlı qüvvələri Amerikanın dövlət və biznes hədəflərinə qarşı uzun müddət kibernetika casusluğu kampanyası aparmaqda ittiham edilir.

Pekinin müdafiə nazirinin bəyanatında deyilir ki, Çin silahlı qüvvələri heç bir vaxt kibernetika hücumlarını dəstəkləməyib və Mandiant internet təhlükəsizliyi qrupunun yaydığı hesabat heç bir texniki dəlilə əsaslanmayıb.

Mandiant qrupu deyir ki, onların tədqiqatıi Xalq Azadlıq Ordusunun 61398 saylı məxfi divizyasını aşkar edib. Bu divizya 2006-cı ildən ABŞ dövlət və biznes qurumlarına qarşı 150-yə yaxın kibernetik hücum həyata keçirib.

Çin höküməti hücumların arxasında olduğunu rədd edib. Xarici işlər naziri deyib ki, Pekin bu kimi hücumlarının qurbanıdır və bu kimi hərəkətlər Çin qanunlarına ziddir.
XS
SM
MD
LG