Accessibility links

Azərbaycanda kibercinayətlərə və uşaq pornoqrafiyasına görə cəza ağırlaşdırılıb


Kibercinayət və uşaq pornoqrafiyası

Kibercinayət və uşaq pornoqrafiyası

Kibercinayətlərə görə, 2 ildən 6 ilədək, uşaq pornoqrafiyasına görə isə 5 ildən 8 ilədək həbs müəyyən edilib

Prezident İlham Əliyev iyunun 29-da parlamentin qəbul etdiyi Cinayət Məcəlləsinə dəyişiklikləri təsdiqləyib. CM-in yeni redaksiyasında 30-cu fəsil belə verilib: “Kibercinayətlər”.
Dəyişikliklərə görə, bundan sonra kompüter sisteminə qanunsuz müdaxilə və kompüter məlumatlarının ələ keçirilməsi 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Əgər bu hərəkətlər təkrar və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilərsə cəza müddəti 4 ilədək həbs cəzası ilə artırılır.
Mühüm ictimai əhəmiyyətli obyektlərin (dövlət müəssisəsi, QHT, investisiya fondları, kredit təşkilatları) kompüter infrastrukturuna müdaxiləyə görə 6 il azadlıqdan məhrumetmə cəzası müəyyən edilir.
Kibercinayətlərin törədilməsi üçün istifadə olunan vəsaitin dövriyyəsinə görə (xüsusi proqramların, avadanlıq və qurğuların istehsalı, satışı) 2 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Əgər bu hərəkətlər təkrar və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilərsə cəza müddəti 4 ilədək artırılır.
Kompüter məlumatlarının saxtalaşdırılmasına görə 2 il müddətinə həbs cəzası nəzərdə tutulur.
Bundan əlavə, uşaq pornoqrafiyasının yayılmasına görə cəza sərtləşdirilib. Bu cür məhsulların hazırlanması, reklamı, satışına görə 8 min manatdan 10 min manatadək cərimə və ya 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Əgər bu cür hərəkətlər təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya gəlir əldə etmək (1 min manatdan çox) məqsədilə törədilərsə cəza müddəti 8 ilədək həbs cəzası ilə müəyyən edilir
XS
SM
MD
LG