Accessibility links

BMT Bakıda qlobal kibertəhlükəsizliyi müzakirə edir


BMT TŞ-nin kubercinayəkarlığa qarşı mübarizə konfransı

BMT TŞ-nin kubercinayəkarlığa qarşı mübarizə konfransı

“BMT-nin model konfransı kibertəhlükəsizliyə qarşı mübarizə standartlarının təkmilləşdirilməsi üzrə tədbirlər haqqında maariflənməyə şərait yaradacaq”, Pan Gi Mun qeyd edib

Bakıda BMT Təhlükəsizlik Şurasının “Qərarların qəbulunda və siyasətin həyata keçirilməsində gənclərin iştirakı” mövzusunda ilk model konfransı keçirilib. Forum oktyabrın 25-dək davam edəcək.

Konfransda gənclərin nümayəndələri – BMT TŞ üzvü olan 15 ölkədən tələbələr və məzunlar qlobal kibertəhlükəsizliyin təmin edilməsi üzrə simulyativ müzakirələr aparacaqlar.

BMT baş katibi Pan Gi Mun konfrans iştirakçılarına videomüraciət edib.

“BMT-nin model konfransı kibertəhlükəsizliyə qarşı mübarizə standartlarının təkmilləşdirilməsi üzrə tədbirlər haqqında maariflənməyə şərait yaradacaq. Əminəm ki, siz qloballaşan dünyada BMT-nin rolunu daha yaxşı anlayacaqsınız”, deyə BMT baş katibi bildirib.

Azərbaycan gənclər və idman naziri Azad Rəhimov bildirib ki, model konfransı çərçivəsində dünyanın 15 ölkəsindən 45 gəncin iştirakı ilə müzakirələr kibertəhlükəsizlik sahəsində beynəlxalq səylərə töhfə olacaq.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov qeyd edib ki, kibertəhlükəsizlik qlobal cinayətlərin 4 əsas növündən birinə (narkobiznes, insan və silah alveri) çevrilib.

O, kibercinayətlərə qarşı mübarizə üçün beynəlxalq hüquqi çərçivələrin olmamasına diqqət çəkib. Lakin İnternetin sürətlə inkişafı və 2020-ci ilə qədər bütün dünya üzrə 15 mlrd. qurğunun İnternetə qoşulması BMT çərçivəsində beynəlxalq sazişlər işlənib hazırlanmasını tələb edir.

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov da dünyada kibertəhlükəsizliyin vahid tərifinin olmadığını, bunun kibercinayətlərə qarşı səmərəli mübarizəni çətinləşdirdiyini qeyd edib.

İKT sərhəd tanımır və buna görə İnternetdən kibercinayətlər və terrorizm məqsədilə istifadənin qarşısını almaq üçün səmərəli beynəlxalq əməkdaşlıq lazımdır. Əzimov Azərbaycan, Ukrayna, Moldova və Gürcüstanın bu sahədə əməkdaşlıq etdiyini bildirib.

BMT baş katibinin gənclərin işləri üzrə xüsusi nümayəndəsi Əhməd Əlhandavi əhalinin təhlükəsiz İnternetə çıxışının əhəmiyyətini vurğulayıb. Bu zaman o, təkcə BMT TŞ-nin prosedurlarına deyil, həm də BMT prinsiplərinə - demokratiya, insan hüquqları, layiqli həyat, təhlükəsizlik və sülhə diqqət yetirməyə çağırıb.

BMT-nin Azərbaycanda rezident-əlaqələndiricisi Antonius Bruk qeyd edib ki, konfrans gənclər və onların dünya görüşünün və diplomatiya sahəsində bacarıqlarının inkişafı üçün yaxşı imkan olacaq.

Konfrans BMT İnkişaf Proqramı və Azərbaycanın Gənclər və İdman Nazirliyi tərəfindən təşkil edilib.

Əvvəlcə iştirakçılar BMT İctimai İnformasiya Departamenti tərəfindən təşkil olunan iki günlük treninq keçəcəklər.

BMT TŞ-nin kibertəhlükəsizlik məsələləri üzrə simulyativ sessiyası Azərbaydan Diplomatiya Akademiyasında keçiriləcək.
XS
SM
MD
LG