Accessibility links

Kibercinayətlər: qlobal və milli təhlükəsizlik


Kibercinayətlər: qlobal və milli təhlükəsizlik
Kibercinayətlər: qlobal və milli təhlükəsizlik

Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmar Vəlizadə qeyd edib ki, Azərbaycanın informasiya təhlükəsizliyi ölkənin milli təhlükəsizliyinin bir hissəsidir, dövlətin, cəmiyyətin və vətəndaşların müdafiəsinə yönəlib. “Bu vəzifələr, xüsusilə kompüter şəbəkələrinin müdafiəsi Azərbaycanda İnternet istifadəçilərinin sayının artması baxımından daha da aktuallaşır. Bu gün hər 100 nəfərdən 50-i İnternet istifadəçisi, hər 15-ci şəxs genişzolaqlı İnternet istifadəçisidir”.

Kibercinayətkarlıq qlobal təhlükəsizlik çağırışına çevrilir və kütləvi qırğın silahları kimi təhlükəli olur. Odur ki, onlara qarşı mübarizədə beynəlxalq birliyin birgə səyləri tələb olunur. Bu barədə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva Bakıda “Kiber və milli təhlükəsizlik” mövzusunda keçirilən konfransda bildirib. Tədbir Rumıniya səfirliyi (NATO-nun Azərbaycandakı koordinatoru) ilə birgə təşkil olunub.

Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmar Vəlizadə qeyd edib ki, Azərbaycanın informasiya təhlükəsizliyi ölkənin milli təhlükəsizliyinin bir hissəsidir, dövlətin, cəmiyyətin və vətəndaşların müdafiəsinə yönəlib. “Bu vəzifələr, xüsusilə kompüter şəbəkələrinin müdafiəsi Azərbaycanda İnternet istifadəçilərinin sayının artması baxımından daha da aktuallaşır. Bu gün hər 100 nəfərdən 50-i İnternet istifadəçisi, hər 15-ci şəxs genişzolaqlı İnternet istifadəçisidir”.
Elektron xidmətlərin genişlənməsi ilə informasiya təhlükəsizliyinin təmin olunması zərurəti artır. Azərbaycan Avropa İttifaqının konvensiyasına uyğun olaraq kibercinayətkarlığa qarşı mübarizəyə dair beynəlxalq səyləri dəstəkləyir və 2010-cu il iyulun 1-dən sənəd qüvvəyə minib.

Milli Təhlükəsizlik Nazirliyinin şöbə müdiri Kərim Kərimov bildirib ki, 2000-ci ildən Cinayət Məcəlləsinə üç yeni maddə daxil edilib. “Bu maddələr kompüter sahəsində cəza tədbirlərini nəzərdə tutur”.

Onun sözlərinə görə, Azərbaycana qarşı kibercinayətkarlığın coğrafiyası ölkə hüdudlarından kənara çıxır.” Çağırış və təhdid mənbələrindən biri Ermənistandır. Lakin bu qüvvələr üçüncü ölkələrin serverlərindən istifadə edir. Artıq, Azərbaycanın iki nazirliyinin resurslarına hücum edən qruplar zərərsizləşdirilib”.
O, kibercinayətkarlığı aşağıdakı meyarlar üzrə müəyyənləşdirib: ölkə daxilində və transmilli qruplar tərəfindən kompüter şəbəkələrinə təhdidlər; informasiya resurslarının zəbt olunması, məhv edilməsi, dəyişdirilməsi, müəllif hüquqlarının pozulması; virus hücumları ilə kompüter proqramlarının pozulması; bank-maliyyə sahəsinin elektron hesablaşmalar sistemində iqtisadi cinayətlər; əhali arasında çaxnaşma salmaq məqsədilə dezinformasiyanın, terror haqqında yalan məlumatların yayılması;

Cənab Kərimov Azərbaycanı gözdən salan qərəzli, təhrif olunmuş məlumatların yayılmasına misal olaraq Vikipediyanı göstərib. O, konkret faktlar açıqlamadan deyib ki, belə məlumatların aradan qaldırılması çətindir, odur ki, beynəlxalq birlik buna diqqət yetirməlidir.

Şöbə müdiri Azərbaycan dilində terror, dini radikalizm, partlayıcı maddələrin hazırlanmasını təbliğ edən saytın aşkar olunduğunu bildirib. “Bu resurslar başqa dövlətlərin serverlərində yaradılıb. Onlar ləğv olunduğu halda, başqa dövlətlərdə bərpa olunur”.

Rumıniya səfiri Nikolae Ureke qeyd edib ki, kibercinayətkarlıqla mübarizə NATO-nun prioritetlərindən biridir. “Bir müddət əvvəl Estoniyanın hökumət elektron resurslarına kiberhücumlar bu istiqamətdə səylərin konsolidasiyasını zəruri edib. Son Lissabon sammitində Alyansın kibermüdafiə sahəsində proqramı qəbul olunub. Hazırda NATO strukturlarında kibertəhdidlərə qarşı reaksiya qrupu yaradılır”.

ABŞ səfirliyinin siyasi məsələlər üzrə əməkdaşı Ceymi Smit “ABŞ-ın kibermüdafiəsi və milli təhlükəsizliyi” mövzusunda məruzə ilə çıxış edib.

O bildirib ki, ABŞ kibertəhdidlərin qarşısının alınmasında həm NATO üzrə müttəfiqlərinə, həm də alyansın üzvü olmayan digər tərəfdaşlara yardım göstərməyə hazırdır.

Konfrans zamanı kibercinayətkarlığın qarşısının alınmasında Azərbaycanla NATO arasında əməkdaşlıq yollarına dair fikir mübadiləsi aparılıb.

XS
SM
MD
LG