Accessibility links

Antoni Kidmanın qəfil ölümünün səbəbləri araşdırılır


Aktrisa Nikol Kidmanın atasının ötən həftə vəfatı ilə əlaqədar Svstraliyaya gedib. 75 yaşlı Antoni Kidman ötən cümə günü Sinqapurda məzuniyyətdə ikən qəfil vəfat edib.

Nikolun atasının ölümünə onun yıxılmasının səbəb olduğu bildirilir. Reuters Sinqapur polisinin Antoni Kidmanın qeyri-təbii ölümünü araşdırdığını xəbər verib.

Deyilənə görə, Nikol atası ilə çox yaxın münasibətdə idi. TİME jurnalı yazır ki, o, peşəkar həyatını psixoloq və biokimyaçı kimi Sidneydə Psixoloji Səhiyyə Birliyi Universitetində keçirib. Nikol məsələ ilə bağlı bəyanat verməyib.

Universitet Antoni Kidmanın 43 illik peşəkarlığını, həmkar, tədqiqatçı və səhiyyə qulluqçusu kimi onu yüksək qiymətləndirib.

XS
SM
MD
LG