Accessibility links

Serial killerlərin motivləri [Video]


Serial killerlərin motivləri
please wait

No media source currently available

0:00 0:02:27 0:00

ABŞ prezidenti Donald Tramp ABŞ sərhədlərinin spesifik ölkələrin vətəndaşlarına bağlanmasının Amerikanın terrorizmdən müdafiəsi məqsədi daşıdığını deyir. Yeni admnistrasiyanın vədləri bir çoxlarını qane etmir.

Serial killerlərin motivləri və kimliklərini araşdıran tibbi ekspertiza psixoloqları onları stimullaşdıran milliyət deyil,digər bir çox faktların olduğunu irəli sürür.

Ötən il Orlando gecə klubunda uşaqlarda daxil edilməklə, öldürülən 49 adamın adı sadalanmışdı.

Fransanın Nitsa şəhərində sürücü maşına üzərlərinə sürməklə 46 adamın həyatına son qoymuşdu.

4 il əvvə Vaşinqtonun dəniz donanması idarəsində kütləvi qətl zamanı 12 nəfər ölmüşdü.

Federal Kəşfiyyat Agentliyinin Harvard ictimai səhiyyə institutu son illər kütləvi qətllərin sayının 3 dəfə artdığını bildirir.

ABŞ-da killerlər əsasən avtomot silahlar və tüfənglərə üstünlük verir. Lakin gübrə ilə dolu yük maşınları da artıq istifadədədir.

2001-ci ildə Nyu-York və Vaşinqtonda 3 mindən çox insan həyatına son qoyan terror aksiyalarına təyyarələr alət olmuşdu.

Tibbi ekspertiza həkimi, Kaliforniya universitetinin psixoloqu J. Reid Meloy serial killerləri araşdırır.

"Bu insanlarda fərqlərdən daha çox oxşarlıqlar olduğunu aşkar etmişik."

Meloy bu növ insanların psixiatrik problemləri olduğunu deyir. Onların çoxu kişidir.

Meloyin dediyinə görə, killerlər motivləri olduğunda iddia etsələr də, çox hallarda hücumlara heç bir səbəbləri olmur.

"Çox hallarda zorakılığa şəxsi problemlər yol açır. Bunlar 3 komponentdən ibarətdir- yaxınlarının itkisi, təhqir hissi və problemlərə səbəb olan fərqlər və qruplara qarşı qəzəb."

Meloyun dediyinə görə, silahlara çıxış və sosial media faktorlar sırasındadır.

O deyir ki, sosial media onları bir anda məşhur edə bilər. Qətllərin mediada yayılması digərlərini də təşviq edə bilər.

Alim bununla gələcəkdə daha artıq kütləvi qətillərə yol veriləcəyini düşünür.

XS
SM
MD
LG