Accessibility links

Kilsə üzvləri hərbi dənizçinin matəm mərasimini piket edib


Kilsə üzvləri hərbi dənizçinin matəm mərasimini piket edib
Kilsə üzvləri hərbi dənizçinin matəm mərasimini piket edib

Məhkəmə hərbi dənizçinin atası və mərhumu matəm mərasimini piket edən kilsə qrupunun şifahi arqumentlərini dinləyəcək

ABŞ Ali Məhkəməsi hərbi matəm mərasimində təhrikedici ismarıclar göstərən nümayişçilərin konstitusiyada təsbit edilmiş söz azadlığı müddəası tərəfindən qorunub-qorunmadığını nəzərdən keçirir. Məhkəmə bu gün İraqda həlak olmuş hərbi dənizçinin atası və mərhumu matəm mərasimini piket edən kilsə qrupunun şifahi arqumentlərini dinləyəcək. Mərhum Matyu Snayderin atası Albert Snayder deyib ki, nümayişçilər ona oğlunu dinc dəfn etməyə imkan verməyiblər və bu aksiya təqib xarakteri daşıyır. Kanzasdakı Vestboro Baptist Kilsəsinin üzvləri hərbi dəfn mərasimi zamanı “əsgər ABŞ-da homoseksualizmə dözümlülük üzündən öldü” yazılı lövhə ilə piket keçirib. Məhkəmənin söz azadlığı qanununu pozaraq Snayderin xeyrinə qərar çıxaracağından ehtiyat edən söz azadlığı tərəfədarları kilsəni müdafiə edirlər.

XS
SM
MD
LG