Accessibility links

ABŞ-da qaradərililərin kilsəsinin yandırlması ilə əlaqədar istintaq başladılıb


ABŞ hüquq-mühafizə orqanları cənub-şərqi Mississippi ştatında qaradərililərin kilsəsi yandırılandan və “Trampa Səs Verin” yazısı yazılandan sonra vətəndaş hüquqları təhqiqatı başlayıblar.

Mississippinin Qrinvil şəhərində yerləşən 111 yaşlı Hopevell Missioner Baptist Kilsəsi çərşənbə axşamı yanğın səbəbilə yüksək təzyiqli su və ağır tüstüdən zərər çəkib.

Qrinvilin meri Erik Simmonun dediyinə görə, oradakı polis hesab edir ki, yanğın nifrət zəminində cinayət və “ibadətə müdaxilə etmək və seçiciləri qorxutmaq” məqsədi daşıyır.

Mer həmçinin bildirir ki, Federal Təhqiqatlar Bürosu və Mississippi Təhqiqatlar Bürosu istintaqa yardım edir.

Hopevell keşisi Karoln Hadson deyib ki, 200 üzlük konqreqasiya kilsəni birlikdə bərpa edəcək.

Təxminən 33 min sakini olan şəhərin əhalisinin 78 faizi afro-amerikalılardan ibarətdir.

Qrinvilin daxil olduğu əyaləti təmsil edən ABŞ nümayəndəsi Benni Tompson deyib ki, yanğın və qraffiti “Mississippi tarixinin qaranlıq günlərini xatırladır.”

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG