Accessibility links

Kilsədə qətliam törədən şəxsə qarşı rəsmi ittiham irəli sürülüb [Fotoqalereya]


Cənubi Karolinada tarixi kilsədə qətliam törədən ağdərili şübhəli şəxsə qarşı doqquz qətl ittihamı irəli sürülüb. Bu barədə Çarlston polisinin açıqladığı məlumatda deyilir.

Federal rəsmilər qətlin nifrət zəminində baş verdiyini ehtimal edir və bu istiqamətində təhqiqat aparır.

21 yaşlı Dylann Roof Federal Təhqiqat Bürosunun nəzarəti altında Cənubi Karolinaya qaytarılıb. Dylann Emmanuel Afrika Metodist Yepiskopal kilsəsində 87 yaşlı qadın da daxil olmaqla doqquz nəfəri öldürdükdən və digər üç nəfəri yaraladıqdan sonra Şimali Karolina ştatına doğru istiqamət götürüb.

Siz bizim qadınlarımızı zorlamısınız və bizim ölkəyə sahib olmaq istəyirsiniz. Mən öz üzərimə düşəni etməliyəm.
Dylann Roof

Polis bildirib ki, Daylann Ruf kilsəyə daxil olaraq hamı ilə birgə dini dərslərdə iştirak etdikdən bir saat sonra ayağa qalxaraq "Mən qaradərili insanları öldürməliyəm" deyib.

Qurbanlardan birinin qohumunun CNN kanalına verdiyi məlumata görə kilsə mərasimi zamanı ayağa qalxan Roof qaradərililərdən ibarət topluma deyib: “Siz bizim qadınlarımızı zorlamısınız və bizim ölkəyə sahib olmaq istəyirsiniz. Mən öz üzərimə düşəni etməliyəm.”

Associated Press agentliyi bu yaxınlarda Dylann Roofla əlaqə saxlayan dostunun onun qaradərililərdən şikayət etdiyini və “qaradərililər dünyanı ələ alır və ağ irq naminə kimsə bununla bağlı nə isə etməlidir” dediyini bildirib.

Çarlston şəhərində hadisə qurbanlarının ruhuna dua mərasimi cümə günü keçirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG