Accessibility links

Amerikada kilsəyə hücumun nifrət zəminində baş verdiyi güman edilir [Video]


Cənubi Karolina ştatının Çarlston şəhərində Afro-Amerika kilsəsində silahlı şəxs tərəfindən 9 nəfər qətlə yetirilib. Polis hücumun nifrət zəminində baş verdiyini ehtimal edir.

Kilsəyə girib dua edən insanlara atəş açmağın yalnız bir səbəbi var, nifrət. Bundan alçaq bir hərəkət ola bilməz və biz həmin şəxsi tez bir zamanda ədalət məhkəməsi qarşısına çıxaracağıq.

Çarlston şəhər polis idarəsinin rəisi Qreq Mullen müxbirlərə deyib ki, təqribən 20 yaşlarında olan ağdərili gənc Afrika Metodist Emanuel Yepiskop kilsəsidə həftəlik dua mərasimi zamanı girərək, atəş açmağa başlayıb. Mullen deyib ki, 8 nəfər kilsədə, 1 nəfər isə xəstəxanada ölüb.

Şəhər meri Cozef Rayli bunun dəhşətli bir faciə olduğunu deyib. “Kilsəyə girib dua edən insanlara atəş açmağın yalnız bir səbəbi var, nifrət. Bundan alçaq bir hərəkət ola bilməz və biz həmin şəxsi tez bir zamanda ədalət məhkəməsi qarşısına çıxaracağıq.”

Xəbərlərdə deyilir ki, ölənlərdən biri kilsənin keşişi, eyni zamanda Cənubi Karolina ştatının senatoru Klementa Pinkniy olub.

Yerli sakinlərdən ibarət bir qrup insan və dindarlar hadisənin baş verdiyi yerin yaxınlığına toplaşaraq dua edir. “Bu, dəhşətli haldır və cavabı veriləcək çox sual var. Bizim bildiyimiz yalnız budur ki, ağdərili oğlan Afrika mənşəli amerikalıların kilsəsinə girərək, dua edən insanlara atəş açıb. Bu, yolverilməzdir.” deyə, Çarlston sakini bildirir.

Bu, dəhşətli haldır və cavabı veriləcək çox sual var. Bizim bildiyimiz yalnız budur ki, ağdərili oğlan Afrika mənşəli amerikalıların kilsəsinə girərək, dua edən insanlara atəş açıb. Bu, yolverilməzdir.

Bomba təhlükəsi barədə xəbərdarlıq aldıqdan sonra insanları evakuasiya etmək məcburiyyətində qalan və kilsəni mühasirəyə alan polis hazırda həmin ərazini tərk edib.

Afro-amerikalıların Emanuel kilsəsi XIX əsrdə inşa edilib və Birləşmiş Ştatların cənub bölgəsindəki ən qədim kilsələrdən biridir. Burada 1960-ci illərdə Emanuael kilsəsini ziyarət edən Martin Lüter Kinq Mərkəzi də fəaliyyət göstərir.

XS
SM
MD
LG