Accessibility links

Kim Conq Namı öldürməkdə şübhəli bilinən iki qadına qarşı cinayət ittihamı irəli sürüləcək


Suspects Doan Thi Huong (left), and Siti Aisyah (right) were arrested in Malaysia in connection with the murder of Kim Jong Nam.

Malayziyanın baş prokuroru bildirib ki, çərşənbə günü Şimali Koreyanın lideri Kim Conq Unun qardaşının ölümü ilə əlaqəli olaraq həbs edilən iki qadına qarşı qətl ittihamı irəli sürüləcək.

Vyetnamlı Doan Ti Huonq və indoneziyalı Siti Aisyah onlara qarşı irəli sürülən ittihamlar səbəbilə ölüm cəzasına məhkum oluna bilərlər.

Kim Conq Nam fevralın 13-də Kuala Lumpur hava limanında iki qadın onun üzünə, Malayziya rəsmilərinin dediyinə görə, son dərəcə zəhərli VX sinir qazı atması nəticəsində ölüb. Hücum hava limanınn təhlükəsizlik kamerlaarı tərəfindən lentə alınıb.

Şübhəli qadınlar televiziya proqramında iştirak etdiyini düşündükləri üçün zarafatla Kimə hücum etdiklərini deyir.

Kim Conq Nam atasından sonra Şimali Koreyanın lideri olmağa hazırlaşırdı, lakin 2001-ci ildə Tokiodakı Disneylendə getmək üçün saxta passportla Yaponiyaya daxil olmağa çalışdığına görə, atası onu Makauya sürgünə göndərmişdi.

Hücumla bağlı üçüncü bir şəxs, bir Şimali Koreya vətəndaşı da, polis tərəfindən saxlanılıb. Hüquq mühafizə orqanları daha yeddi şimali koreyalını şübhəli olaraq müəyyən edib.

Şimali Koreya höküməti öldürülən şəxsin Kim Conq Nam olduğunu təsdiqləməyib. Lakin ölkənin BMT-yə keçmiş səfiri Ri Ton İl də daxil olmaqla bir sıra yüksək səviyyəli rəsmilərdən ibarət deleqasiya çərşənbə axşamı Malayziyaya səfər edərək, cəsədin və polis tərəfindən saxlanılan şimali koreyalının onlara təhvil verilməsini istəyib.

XS
SM
MD
LG