Accessibility links

Nyu-Yorkda “Müsahibə” filminin premyerası təxirə salınıb


Şimali Koreya lideri Kim Conq Una qarşı uydurma sui-qəsd haqda filmin Nyu-Yorkda keçiriləcək primyerası haker qrupunun təhdidlərindən sonra təxirə salınıb .

“Guardians of Peace” (Sülhün keşikçiləri) adlanan qrup Milad bayramı günü Amerikada nümayiş etdirilməsi nəzərdə tutulmuş “Müsahibə” filmini izləmək istəyənləri təhdid edib.

Qısa bəyanatda qrup 2001-ci il sentyabrın 11-i ABŞ-a edilmiş hücumun təkrar ediləcəyilə hədələyib və insanları film izlənən kinoteatrlardan uzaq durmağa çağırıb.

ABŞ-ın Daxili Təhlükəsizlik nazirliyi mesajı təhqiq etdiyini, lakin kinoteatrlara mümkün hücumla bağlı etibarlı kəşfiyyat məlumatının olmadığını bildirib.

XS
SM
MD
LG