Accessibility links

Kim Kardaşyan Beverly Hills şəhərində avtomobil qəzasına uğrayıb.

TMZ-yə istinadən realiti şou ulduzu Mercedes G Wagon avtomobilində Sunset Bulvar küçəsində sol tərəfə dönərkən qəzaya uğrayıb.

Şahidlər əks istiqamətdə irəliləyən avtomobilin sürücüsünün sağa dönmə siqnalını yandırdığını, amma düz istiqamətdə yoluna davam etdiyini deyib. Onun sağa dönəcəyini güman edən Kim sükanı sola döndərmək istəyən zaman qəza baş verir. Hər iki avtomobilə yüngül zərər dəyib, amma nə xəsarət, nə də cərimə alan olmayıb.

Kim və digər sürücü avtomobillərini Beverly Hills otelinin qarşısına sürərək orada sığorta məlumatlarını biri-biri ilə bölüşüb və qucaqlaşaraq ayrılıblar.
XS
SM
MD
LG