Accessibility links

Şoubiz Xəbərləri (video)


Kardaşyanlar Nyu York, Mayami, Los Anceles şəhərlərini zəbt edib. Görəsən onların yeni hədəfi haradır. Bəlkə, Deyvid Bekhamın malikanəsidir.

Deyvidlə Viktoriya Bekhamın İngiltərədəki evinin qiyməti 28 milyon dollardır. Yeni məlumata görə, Kim Kardaşyan Bekhamlarin Böyük Britaniyadakı dəbdəbəli malikanəsini Kardaşyanlar klanı üçün almağı nəzərdən keçirir. Kardaşyan ailəsinin bu evi nə məqsədlə alacağı məlum deyil. Ola bilsin ki,malikanə Bekhamların pərəstişkarlarına kirayə verilmək üçün alınır.

Deyvid və Viktoriya Bekhamlar malikanəni 1999-cu ildə alıblar və orada böyük dəyişikliklər ediblər. Bura hovuz və idman zalı da daxildir.

Lakin malikanənin ərazisinə daxil olan 22 hektaləq yer Bekhamların ailəsi 2007-ci ildə Los-Ancelesə köçdüyü üçün bir neçə ildir istifadəsiz qalır. Deyvid Bekham 2007-ci ildə Los Ancelesin “Galaxy” futbol komandasında oynamağa başlayıb.

Uzun müddət Los-Ancelesdə qalacaqlarını nəzərə alaraq, onlar Britaniyadakı evi satmaq qərarına gəliblər.

Kim Kardaşyan evi alsa, sözsüz ki, bu, lovğalanmaq üçün daha bir bəhanə olacaq.

Bu yaxınlarda “American Reunion” filmi ekranlara çıxacaq. On il bundan əvvəl “American Pie” filminin davamı olan yeni filmdə orta məktəb dostları yenə bir yerə toplaşır. Yalnız bir həftəsonu kifayət edir ki, onlar vaxt və məsafənin dostluğu poza bilmədiyini dərk etsinlər.

Bu illər ərzində Cim ilə Mişel ailə qurublar. Kevinlə Viki isə ayrılıblar. Ozla Heder biri-birindən ayrı yaşayıblar. Finç isə hələ də Stiflerin anasına vurğundur. İndi bu daimi dostlar keçmiş vaxtları xatırlamaq üçün evə dönüblər.

Komediya janrında çəkilmiş “American Reunion” filminin rejissor və ssenari müəllifləri Con Hurvic və Hayden Skluzberqdir. Baş rollarda Ceyson Biqs, Alison Hanniqan, Kriz Klein, Tomas İan çəkiliblər.

XS
SM
MD
LG