Accessibility links

Şimali Koreyanın sabiq lideri Kim Conq İlin ad günü qeyd edilir


Şimali Koreyanın sabiq lideri Kim Conq İllin 73 illiyi qeyd edilir. Pxenyanda təşkil edilən təntənəli mərasimlər atəşfişanlıqla müşayiət edilir.

2011-ci ilin dekabr ayında infarkt səbəbi ilə dünyasını dəyişən İllin ad günü 3 günlük bayram tətitlləri ilə qeyd edilir. 17 il hakimiyyətdə olan İllin şərəfinə keçirilən mərasimlərə fiqurlu konkisürənlər və üzgüçülərin çıxışları ilə start verilib.

Parlaq ulduz festivalında hazırkı lider Kim Conq Un atası və babası Kim İl Sunqun xatirəsi anılan tədbirlərə qatılıb.

Ölkə boyu puzlsuz yeməklər paylanır.

Şimali Koreya üzrə araşdırmalar mərkəzinin prezidenti Ahn Çan İl tədbirlərin Kim ailəsinin irs və qüdrətinin güclədirilməsi mahiyyəti daşıdığını deyir. Onun dediyinə görə, Şimali Koreya bütün vətəndaşlarına hədiyyələr verməklə onların liderlərinə sədaqət nümayiş etdirməsinə çalışır.

Ölkənin hakim partiyası, hökumət və ordu rəsmiləri çıxışları zamanı Şimali Koreyanın dünyamiqyaslı orduya və nüvə qüdrətinə malik olduğunu vurğulayaraq, heç kimin onu təhrik etmək iqtidarında olmadığını deyib.

Şimali Koreyanın nüvə proqramına son qoyulmasına çalışan beynəlxalq müzakirəçilərin danışıqları nəticə vermədikdən sonra Qərb o ölkəyə qarşı ciddi diplomatik və iqtisadi sanksiyalar tətbiq edib.

Kim Cong İllin hakimiyyəti insan hüquqlarının pozulmasına əsaslanırdı

Qərbdə Şimali Koreyanın sabiq liderinin 3 il ərzində 1500 kitab və 3 opera yazmaq və ya ilk dəfə qolf oynadığı zaman 11 dəliyə eyni zamanda top salması kimi qəhrəmanlıqları məsxərəyə qoyulurdu.

Human Rights Watch təşkilatının əməkdaşı Fil Robertsonun dediyinə görə, Kim Conq İlin öyülməsi onun repressiv irsinin üstünə pərdə çəkilməsidir.

“Kim Cong İllin hakimiyyəti insan hüquqlarının pozulmasına əsaslanırdı. Repressiyalar və xalqının mənafeyindənsə, öz hakimiyyət gücünü saxlamaq onun idarə üsulu, əsl irsi idi.”

Kim Conq İll

Kim Conq İll

Robertson deyir ki, nüvə qüdrətini saxlamaq üçün o, 1990-cı illərdə 3.5 milyon koreyalının ölümünə səbəb olan aclığa göz yummuşdu.

Sabiq diktator kütləvi şəkildə insanları həbsə məhkum etdirirdi. İndiyədək Şimali Koreyada 100 min adam siyasi məhbus siyahısında qalmaqdadır. Onlar məcburi əmək düşərgələrində çalışmaqla yanaşı, işgəncələr və qətllərlə üzləşir.

Hazırkı lider Kim Cong Unun xaricdə təhsil aldığı üçün ölkədə repressiv sistemində islahatlar aparacağına ümid edilirdi. Lakin Robertson onun atasının oğlu olduğunu sübut etdiyini deyir.

“Biz onun atasının siyasətini davam etdirdiyinin şahidiyik. Atasının ad gününü belə təmtəraqla qeyd etməsi onun irsinə olan münasibətinin göstəricisidir.”

Ötən dekabr ayında BMT-nin Təhlükəsizlik Şurası Şimali Koreya liderlərinin Beynəlxalq Cinayət Məhkəməsinə verilməsi təklifi ilə çıxış etmişdi. Hələ ki, heç bir ölçü götürülməsə də, insan hüquqları müdafiəçiləri Kimin irsinin yaşadıldığı və repressiv system qüvvədə olduğu müddətdə Şimali Koreyanın rəhbərliyinin cavabdehlik daşıyacağını deyir.

XS
SM
MD
LG