Accessibility links

Kimya üzrə Nobel mükafatına bir amerikalı və iki yapon alim layiq görülüb


Kimya üzrə Nobel mükafatına bir amerikalı və iki yapon alim layiq görülüb
Kimya üzrə Nobel mükafatına bir amerikalı və iki yapon alim layiq görülüb

Bir amerikalı və iki yapon alim 2010-ci kimya üzrə Nobel mükafatına layiq görülüblər. Mükafat onlara anti-şişmə dərmanlarından tutmuş nazik ekranların istehsal edilməsinə imkan verən karbon birləşməsi prosesini inkişaf etdirdiklərinə görə verilib. Ey-içi Negişi, Akira Suzuki və amerikalı Riçard Hekin mükafata layiq görüldüyü bu gün elan edilib. Onların ixtira etdiyi paladium katalizli çarpaz qruplaşdırma adlanan inqilabi prosedur üzvi kimyada istifadə olunan mürəkkəb metodologiya kimi tanınır. İsveç Kral Elmlər Akademiyasının rəsmiləri inandıqlarını bildiriblər ki, hazırda işlədilən dərmanların 25 faizi məhz bu üç alimin ixtira etdiyi metoda əsaslanır. Amerika Kimya Cəmiyyətinin prezidenti Dr. Cozef Fransisko deyib ki, alimlərin fəaliyyəti atomların birləşməsini o dərəcədə sadələşdirib ki, indi bu metod sənaye miqyaslı istehsalda tətbiq olunur.

XS
SM
MD
LG