Accessibility links

ABŞ kimyəvi silahlardan istifadəni "qırmızı xətti" keçmək hesab edir [Video]


Cümə axşamı ABŞ ordusu Suriya prezidenti Bəşər Əl-Əsədin qüvvələrinə qarşı hava hücumları həyata keçirib. Prezident Donald Tramp bu hücumların Əsədin ötən həftə qadın və uşaqlar daxil olmaqla onlarla insanın ölümünə səbəb olan kimyəvi silahlardan istifadəsinə cavab olaraq həyata keçirildiyini qeyd edib. Bəs nə üçün kimyəvi silahlardan istifadə Tramp üçün “qırmızı xətti” keçmək oldu?

Bu vəhşi hücum nəticəsində hətta gözəl körpələr belə öldürüldü. Tanrının heç bir övladı belə dəhşətin qurbanı olmamalıdır.

Tomahavk raketləri ABŞ-ın Aralıq dənizindəki Dəniz Donanmasının eskadra mina gəmisindən atılıb.

Hədəf Suriyanın qərbində yerləşən hava bazası idi.

Dəməşq hökümətinə göndərilən mesajın məqsədi isə onların kimyəvi silahlardan istifadəsinin qarşısını almaq idi.

ABŞ-ın raket hücumu Suriyanın şimalında sarin qazı hücumundan bir neçə gün sonraya təsadüf edir.

Hava hücumlarından bir qədər sonra prezident Donald Tramp kimyəvi silah hücumlarına göz yummayacağını deyib.

“Bu vəhşi hücum nəticəsində hətta gözəl körpələr belə öldürüldü. Tanrının heç bir övladı belə dəhşətin qurbanı olmamalıdır”, deyə o bildirib.

Bundan öncə 2013-cü ildə də Suriya prezidenti Bəşər Əl-Əsəd Dəməşq yaxınlığında üsyançıların nəzarət etdiyi ərazidə kimyəvi hücumlardan istifadə etmişdi. Həmin hücumla da Əsəd Trampın sələfi Barak Obamanın təyin etdiyi “qırmızı xətti” keçmişdi.

Obama Əsədə qarşı cabab tədbirləri görəcəyinə dair sözünü tutmadı. Amma bəs niyə ABŞ prezidentləri üçün yalnız kimyəvi silahlardan istifadə qırmızı xətti keçməyə bərabərdir?

Suriya

Suriya

Fillip Krouli: “Bəs xlor bombaları? Son dörd ildə Suriyada texniki olaraq kimyəvi silah olmasa da, mənəvi baxımdan kimyəvi silah sayılan xlor bombalarından istifadə olunub və bu, bir çox insanın ölümünə səbəb olub.”

Obama administrasiyasının sabiq dövlət departamenti rəsmisi P.J. Krouli Suriyada əksər insanların adi silahlarla öldürüldüyünü deyir.

Amma bu uşaq kimi ötən yay Hələbin bombalanması nəticəsində sağ qalan insanların şəkilləri eyni səviyədə müdaxiləyə səbəb olmadı. Bəs bunun nəticəsi nə oldu?

“Bununla Əsəd rejimi, Rusiya və İrana göndərilən mesaj odur ki, “siz Suriya müxalifətini məğlub etmək üçün adi silahlardan istifadə edə bilərsiniz, amma təkcə kiməvi sihalardan istifadə etməməlisiniz”, Krouli deyir.

Bununla Əsəd rejimi, Rusiya və İrana göndərilən mesaj odur ki, “siz Suriya müxalifətini məğlub etmək üçün adi silahlardan istifadə edə bilərsiniz, amma təkcə kiməvi sihalardan istifadə etməməlisiniz.

Cümə günü ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi Nikki Heyli ABŞ hava hücumlarına bəraət qazandırıb.

“Artıq ona “yetər” deməyin zamanı gəlmişdi. Amma bunu təkcə sözlə deyil əməllə də etmək lazım idi. Bəşər əl-Əsəd bir daha heç vaxt kimyəvi silahlardan istifadə etməməlidir.

Amma bir məsələ hələ də qeyri-müəyyən olaraq qalır. Bu da prezident Trampın Suriyaya qarşı əlavə hərbi addımlar atıb-atmayacağıdır

Fikirləriniz

Show comments

XS
SM
MD
LG