Accessibility links

Martin Lüter Kinq hərəkatı [Video]


Amerikanın Vətəndaş Hüquqlarının Müdafiəsi Hərəkatının müvəffəqiyyəti və irqi bərabərlik yolunda əldə edilən nailiyyətlər 1960-cı illərdə afrikalı-amerikalıların irqçiliklə mübarizənin bəhrəsidir. Burada əsas faktorlardan biri irqi bərabərliyə zorakılıqlara əl atmadan nail olunması strategiyası idi.

​Martin Lüter Kinqin qeyri-zorakı hərəkatı Hindistan azadlıq hərəkatının lideri Mahatma Qandidən ilhamlanmışdı. Martin Lüter Kinq: “Mississippi daim irqçiliyi aradan qaldırmağa müqavimət göstərib.”

Kinq başda olmaqla, milyonlarla insan vətəndaş itaətsizliyi və iqtisadiyyata baykot məqsədi ilə dinc nümayişlərə çıxdı. Martin Lüter Kinqin qızı Bernis King qeyri-zorakı yanaşmanın atası üçün vacib olduğunu deyir. “Əgər atam insanları qeyri-zorakı fəlsəfəsinə inandırmasaydı, gözləndiyindən xeyli çox qan tökülə bilərdi.”

Qeyri-zorakı hərəkat Alabamanın Birmiqham şəhərində baş qaldırdı. Villiam Bell Alabama şəhərinin hazırkı meridir. “Həmin vaxtlar insanların qətllər, kilsələrdə və evlərdə partlayışlar törətdiyi vaxtlar idi.”

1965-ci ildə Alabamanın Selma şəhərində seçki azadlığı tələbi ilə keçirilən yürüş tarixə “qanlı bazar günü” kimi düşdü. Konqresmen Con Luis həmin yürüşün təşkilatçılarındadır. “Onlar bizi dəyənəklərlə döyür, atlarının ayaqları altına salır, gözyaşardıcı qazdan istifadə edirdilər. Mənim başıma dəyənəklə vurduqdan sonra məni körpüdə qoymuşdular. Mən elə bildim ölmüşəm.” - deyə, Con Luis bildirir.

Marin Lüter Kinqin yardımçılarından biri Endryu Yanq bütün bu təhqirlərə baxmayaraq, sakitliyə çağırırdı. “Əgər biz Amerika şəhərlərində partizan müharibəsinə başlasaydıq və ya terrora əl atsaydıq, biz qələbə çala bilməzdik və Amerikanı qoruya bilməzdik.”

Polisin nümayişi dağıtmaq üçün itlərdən və suvuran maşınlardan istifadə etdiyi görüntülər bütün dünya boyu nümayiş etdirildi.

Cənubda Yoxsulluq Hüquq Mərkəzindən vəkil Riçard Kohen bu görüntülərin vacibliyini vurğulayır. “Məzlumların deyil, zalımların törətdiklərini göstərən bu görüntülər hərəkatın doğru yolda olduğuna dair mesaj idi.”

1963-cü ilin avqustunda afrikalı-amerikalılarla ağdərililər birlikdə Vaşinqtonda yürüşə çıxdılar. Bu, dinc yürüş idi, həbslər olmadı. Şörli Qavin Floyd o vaxtlar baş verən zorakılıq qurbanlarından birinin dostudur. “Mən ağ adamın üzüna baxmaqdan qorxurdum, mən ağ adam görəndə mənə nəsə edəcəyindən qorxurdum.”

Bəzi liderlər qeyri-zorakı hərəkatı Amerikada İkinci Vətəndaş Müharibəsi kimi təsvir edir. Tarixçilər qeyri-zorakı hərəkatın bəzi uğursuzluqlarına baxmayaraq, amerikalıların irqi bərabərliyə və azadlığa nail olmalarına dayanıqlı töhfə verdiyini deyirlər.
XS
SM
MD
LG