Accessibility links

Kral Salman Barak Obama ilə görüşür


ABŞ prezidenti Barak Obama Səudiyyə Ərəbistanının lideri kral Salmanı Ağ Evdə salamlayıb.

Kral İraq, Yəmən və Suriyada müharibələr və İranın Yaxın Şərqə təsirini müzakirə etmək üçün ABŞ-a ilk dəfə səfər edir.

Obama sonuncu dəfə Kral Salmanla yanvar ayında Səudiyyə Ərəbistanında görüşüb.

Bu gün Ağ Evdə keçiriləcək görüş mayın 14-ü keçirilmiş regional zirvə görüşünün davamıdır. O zaman ABŞ prezidenti Körfəz Əməkdaşlıq Şurasının liderlərinin İranın nüvə razılığına dair narahatlıqlarını ünvanlamaq üçün görüş də keçirmişdir.

Bugünkü danışıqlarda Səudiyyə Ərəbistanı ilə təhlükəsizlik əməkdaşlığını artırmaq, İrandan gələ biləcək təhlükənin qarşısını ala bilmək üçün imkanların artırılması müzakirə mövzusu olacaq. Danışıqlara ağır artilleriyaların orada yerləşdirilməsi müzakirə edilməyəcək.

XS
SM
MD
LG