Accessibility links

$130,000-dən çox pula malik bank hesablarının 40 faizi müsadirə olunacaq

Kipr prezidenti deyir ki, onun ölkəsi 17 ölkənin istifadə etdiyi avro valyuta məkanını tərk etməyəcək.

Nicos Anastasiades paytaxt Nikosiada mülki qulluqçuların toplantısında Kiprin avrozonanl tərk etmək məqsədi olmadığını, ancaq borc girdabında olan ölkənin iqtisadiyyatını xilas etmək üçün qurbanlar tələb etdiyini deyib.

Prezidentin çıxışı Kipr banklarının hökümətin Avropa qonşuları, Avropa Mərkəz Bankı və Beynəlxalq Valyuta Fondu ilə 13 miliyard dollar xilas borc planının müzakirələri vaxtı təxminən iki həftə bağlı qaldıqdan sonra ilk fəaliyyət günündən bir gün sonraya təsadüf edib.

Xilas planının şərtlərindən biri də Kipr bank müştərilərinin ölkənin iqtisadiyyatının problemini həll etmək üçün bəzi maliyyətləri bölüşməsi nəzərdə tutulur.
Kipr böyük məbləğdə, sığorta olunmamış və $130,000 dollar məbləğə malik hesablardan vəsaitin 40 faizini müsadirə edəcək.

Razılaşmaya görə adanın ən böyük borc verən Kipr Bankında struktur dəyişiklikləri həyata keçiriləcək. Həmin bank bu yaxınlarda bağlanan adanın ikinci böyük bankı "Cyprus Popular" bankının vəsaitlərini mənimsəyəcək.
XS
SM
MD
LG