Accessibility links

Kipr dövləti iri özəl bank hesablarının yarısına əl qoyacaq


Kipr beynəlxalq kreditorlarla bank hesabında yüksək məbləğlər saxlayan müştərilərin vəsaitlərinin 47.5 faizini müsadirə etmək barədə son razılıq əldə edib. Müsadirə olunan pullar 13 milyard dollar həcmində xilas paketinin maliyyələşdirilməsinə sərf olunacaq.

Ölkə rəsmiləri bildirir ki, müsadirə Kiprin bank hesablarında 133,000 dollar və ya daha çox pul müştərilərə tətbiq olunacaq. Bank müştərilərinin çoxunun ölkə xaricində yaşayan zəngin Rusiyalı inverstorlar olduğu güman edilir. Bir neçə ay əvvəl maliyyə ekspertləri böhrandan xilas olmaq üçün vergi səviyyəsinin 60 faiz olacağını proqnozlaşdırmışdılar.

İlk dəfədir ki, avro valyutadan istifadə edən 17 ölkədən biri böhrandan çıxmaq üçün müştərilərin bank hesablarıını müsadirə edir. Yunanıstan, İrlandiya, və Portuqaliyanın böhrandan çıxarılması üçün Avropa Mərkəz Bankı, Beynəlxalq Maliyyə Fondu və digər Avropa ölkələri vergi odəyicilərin vəsaitlərinə üz tutublar.

Kiprin xilas planına əsasən ölkənin ən böyük bankı - Bank of Cyprus - yenidən qurulacaq və ikinci böyük bankı Laiki isə qapanacaq. Ölkə bankları borc içində üzən Yunanıstana yanlış investisiyalar nəticəsində müflis olaraq adanı iqtisadi durğunluğa sürükləyiblər.
XS
SM
MD
LG