Accessibility links

Kipr bankları daha iki gün bağlı qalacaq


Kipr hökuməti beynəlxalq maliyyə qurumları ilə razılıq əldə edəndən sonra banklara daha iki gün bağlı qalmaq barədə göstəriş verib. Bu razılıq ada ölkəsini iqtisadi məhvdən xilas edə bilər.

İki ən böyük bank - Kipr Bakı və Kipr Xalq Banki istisna olmaqla Kipr bütün bankları bu gün yenidən fəaliyyətini bərpa etməyi planlaşdırırdı. Müştərilərin əmanətləri banklardan çıxarması qorxusu ilə banklar bir həftə əvvəl bağlanmışdı.

Ancaq dünən gecə açıqlanan bəyanatda mərkəzi bank digər bankların cümə axşamınadək qapalı qalmasına göstəriş verib. Bu qərar bank sistemlərinin fəaliyyətini tam bərpa etməsinə imkan yaratmaq maliyyəti daşıyır.
XS
SM
MD
LG